
Mexanik- Ceyrançöl təsərrüfatı/Samux regionu

Kelishiladi
Mexanik- Ceyrançöl təsərrüfatı/Samux regionu
NusxaKecha
Tavsif
Mexaniki avadanlıqların texniki baxışını, diaqnostikasını, təmirini və sazlanmasını həyata keçirmək;Avadanlıqların quruluşunu və iş prinsipini bilmək və texniki nasazlıqları müəyyən etmək;Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və operativ şəkildə aradan qaldırmaq;Nasos, reduktor, mühərrik, mexaniki ötürücü və digər sənaye avadanlıqlarının texniki xidmətini həyata keçirmək;Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrin dəyişdirilməsi və quraşdırılmasını həyata keçirmək;Texniki çertyojları, sxemləri və avadanlıq pasportlarını oxumaq və onlardan iş prosesində istifadə etmək;Ştangençirkul, mikrometr və digər ölçü alətlərindən düzgün istifadə etmək;Preventiv texniki xidmət (PM) işlərini müəyyən edilmiş qrafik və prosedurlara uyğun həyata keçirmək;Təmir və texniki xidmət zamanı istifadə olunan əl və ölçü alətlərindən düzgün və təhlükəsiz istifadə etmək;Görülmüş təmir və texniki xidmət işləri barədə müvafiq qeydlərin aparılmasını təmin etmək;Avadanlıqların etibarlı və fasiləsiz işləməsini təmin etmək məqsədilə texniki tədbirlər həyata keçirmək;Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;İşlərin müəyyən edilmiş prosedur və standartlara uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək.
Tələblər:
Ali və ya orta ixtisas texniki təhsil;Mexanika, maşınqayırma, mexatronika və ya əlaqəli sahə üzrə biliklər;Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;Sənaye avadanlıqlarının, nasosların, reduktorların, mühərriklərin və mexaniki ötürücülərin iş prinsipləri üzrə biliklər;Mexaniki avadanlıqların diaqnostikası, təmiri və texniki xidmətinin həyata keçirilməsi üzrə praktiki bacarıqlar;Texniki çertyoj, sxem və avadanlıq pasportlarını oxumaq bacarığı;Podşipnik, salnik, mufta, val, kəmər, dişli çarx və digər mexaniki hissələrlə işləmək bacarığı;Preventiv texniki xidmət (PM) prinsipləri üzrə biliklər;Ölçü və əl alətlərindən düzgün istifadə etmək bacarığı;Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;Komandada işləmək və verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək bacarığı;Fiziki işlərə uyğunluq və istehsalat şəraitində işləmək bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Digər
Şirkət: Agro Dairy LLC
Yer: Samux, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/agrodairy/agrodairy-mexanik-ceyrancol-teserrufatisamux-regionu-19458678/apply
REKLAMA








