Prayk
Satınalmalar İdarəsi, Əməliyyat təchizatı üzrə mütəxəssis — Digər, Bakı
Kelishiladi

Satınalmalar İdarəsi, Əməliyyat təchizatı üzrə mütəxəssis

TekshirilganBugun
Shahar
Bakı
Kategoriya
Boshqa
Sana
Koʻrishlar
3
Raqam
№5502243

Tavsif

Təchizatçılardan kommersiya təkliflərini toplamaq, qiymət və xidmət şərtləri üzrə müqayisəli təhlillər aparmaq;Müqavilələrin kommersiya şərtlərini yoxlamaq, riskləri qiymətləndirmək və uyğunluğunu təmin etmək;Satınalma və müqavilə prosesləri ilə bağlı aidiyyəti struktur bölmələri ilə effektiv koordinasiyanı təmin etmək;Xarici stansiyalar üzrə əməliyyat xərclərinin optimallaşdırılması imkanlarını müəyyən etmək və qənaət təşəbbüsləri irəli sürmək;Təchizat və satınalma proseslərində yaranan risk və problemləri vaxtında aşkar etmək, onların aradan qaldırılması üçün həll yollarının hazırlanmasına dəstək göstərmək;Təchizatçı əlaqələrinin idarə olunmasında iştirak etmək və xidmət keyfiyyətinin davamlı monitorinqini aparmaq;Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;Şirkətin satınalma siyasət və prosedurlarına uyğun fəaliyyət göstərmək. Tələblər: Ali təhsil;Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;Azərbaycan dilini sərbəst, ingilis dilini işgüzar ünsiyyət səviyyəsində bilmək (rus dili arzuolunandır);MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;Danışıqların aparılması və təqdimat bacarıqları;Problemlərin effektiv həlli bacarığı;Yüksək öyrənmə qabiliyyəti;Dəyişikliklərə çevik uyğunlaşma bacarığı;Komandada effektiv işləmək bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: "Azərbaycan Hava Yolları" QSC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-satinalmalar-idaresi-emeliyyat-techizati-uzre-mutexessis-15560586/apply
REKLAMA