Prayk
Müştəri Təcrübəsi və Əlaqələri üzrə Menecer (Customer Success Manager / Fərdi Kurator) — Satış
600 ₼

Müştəri Təcrübəsi və Əlaqələri üzrə Menecer (Customer Success Manager / Fərdi Kurator)

TekshirilganBugun
Kategoriya
Savdo
Sana
Koʻrishlar
6
Raqam
№6274837

Tavsif

İş şəraiti Şəhər / Məkan: Sumqayıt (Müasir və prestijli Biznes Mərkəzi) İş qrafiki: Tam iş günü (Bazar ertəsi - Cümə, 10:00 - 19:00) Əməkhaqqı: 600 - 700 AZN (fiks) + 150 - 300 AZN (Müştəri bazasının saxlanılması üzrə KPI bonusları) Bein Systems MMC - pərakəndə ticarət, ictimai iaşə (restoranlar) və xidmət sektorunun avtomatlaşdırılması sahəsində ixtisaslaşmış yerli İT və proqram təminatı şirkətidir. Hazırda 400-dən çox aktiv B2B biznes tərəfdaşımıza xidmət göstərir, öz unikal ERP və bulud ekosistemimizi inkişaf etdiririk. Biz komandamıza texniki dəstəklə satış arasında körpü olacaq, müştərilərimizin müraciətlərini şəxsi nəzarətinə götürəcək Müştəri Təcrübəsi üzrə Menecer (Customer Success Manager) axtaririg! Sizin əsas vəzifələriniz nə olacaq? Açar müştərilərin fərdi kuratorluğu: Şəbəkə market və restoranların rəhbərləri ilə daimi birbaşa əlaqədə olmaq, onların fərdi tələb və suallarını dinləmək; Dönməz Əks-Əlaqə Qaydası (Closed Loop): Müştərinin proqramla və ya avadanlıqla bağlı verdiyi tapşırıqları daxili R&D (proqramçılar) və servis komandası ilə həll etmək və müştəriyə mütləq şəxsən geri zəng edib nəticəni bildirmək; Müştəri qayğısı və adaptasiya: Yeni qoşulan və ya kassiri/meneceri dəyişən müştərilərə operativ dəstək olmaq, sistemdən rahat istifadəni təmin etmək: Müştəri məmnuniyyətinin təhlili: Müştəri itkisinin (churn) qarşısını almaq, narazılıq yarada biləcək məqamları əvvəlcədən aşkar edib aradan qaldırmaq. Namizəddən nə gözləyirik? Təhsil və Təcrübə: Ali və ya orta-ixtisas təhsili; B2B müştəri xidmətləri, Customer Care, Account Management və ya aparıcı texniki dəstək sahəsində ən azı 1 il təcrübə; Dil bilikləri: Azərbaycan dili - mükəmməl səviyyədə (səlis danışıq və işgüzar yazışma). Rus dili biliyi üstünlükdür; Şəxsi keyfiyyətlər: Yüksək empatiya və dinləmə bacarığı (narazı müştəri ilə təmkinlə danışıb güvən yaratmaq); Məsuliyyət və nəticəyönümlülük (başladığı işi proqramçılardan alıb müştəriyə təhvil vermədən rahatlaşmamaq); Çevik öyrənmə qabiliyyəti (ticarət proqramları və kassa-barkod avadanlıglarının məntiqini tez qavramaq). Maraqlanan namizədlər öz CV-lərini whatsappa +994773306365 və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində Customer Success Manager qeyd etməklə göndərin. Maaş: 600 AZN Son müraciət tarixi: 22.12.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© BeinSystems jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp