
16
Nəqliyyat şöbəsinin rəhbəri

Kelishiladi
Nəqliyyat şöbəsinin rəhbəri
TekshirilganKecha
Sana
Koʻrishlar16
Raqam№5630121
Tavsif
İş yeri: Kəlbəcər və Daşkəsən, Azərbaycan
Mədənçıxarma sahəsində fəaliyyət göstərən şirkət ağır texnika və nəqliyyat vasitələrinin idarə olunması, texniki vəziyyətinə nəzarət və texniki xidmət proseslərinin təşkili üzrə təcrübəli Nəqliyyat şöbəsinin rəhbərini axtarır.
Əsas vəzifə öhdəlikləri:
Ağır texnika və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətini idarə etmək və iş prosesinə nəzarət etmək.
Buldozerlər, ekskavatorlar, yükləyicilər, avtoqreyderlər, özüboşaldan yük maşınları və digər xüsusi texnikanın istismarına nəzarət etmək.
Texnikanın texniki vəziyyətini mütəmadi yoxlamaq və nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək.
Planlı texniki xidmət və təmir işlərini təşkil etmək və koordinasiya etmək.
Mexaniklər, sürücülər və texnika operatorlarının fəaliyyətini əlaqələndirmək.
Yanacaq sərfiyyatına, texnikanın istifadəsinə və dayanma müddətinə nəzarət etmək.
Ehtiyat hissələrinin, təkərlərin və digər texniki materialların istifadəsini izləmək.
Təmir işlərinin keyfiyyətinə və texniki xidmət qrafiklərinə riayət olunmasına nəzarət etmək.
Texniki xidmət və təmir xərcləri ilə bağlı hesabatlar hazırlamaq.
Texniki təhlükəsizlik və HSE tələblərinə riayət olunmasını təmin etmək.
Nəqliyyat və texnika ilə bağlı sənədləşmə işlərini aparmaq.
Tələblər:
Müvafiq sahə üzrə ali və ya texniki təhsil.
Nəqliyyat, mexanika, ağır texnika və ya mədənçıxarma sahəsində minimum 5 il iş təcrübəsi.
Nəqliyyat və ya texniki xidmət istiqamətində rəhbər vəzifədə təcrübə.
Buldozerlər, ekskavatorlar, yükləyicilər, avtoqreyderlər və digər ağır texnika ilə iş təcrübəsi.
Mexanika, texniki diaqnostika, təmir və texniki xidmət prosesləri üzrə biliklər.
Sürücülər, operatorlar və texniki heyətlə işləmək bacarığı.
Təşkilatçılıq, koordinasiya və problem həll etmə bacarıqları.
MS Office bilikləri.
İngilis və rus dillərini bilmək üstünlükdür.
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 05.12.2026
Eʼlon manbai
Asl eʼlonni ochish© Rapid Solutions jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.
Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.
REKLAMA











