Prayk

Process Engineer (Proses Muhendisi)

8 000 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№2117149

Tavsif

Vakansiya: Çirkab Suların Təmizlənməsi Qurğusu (WWTP) üzrə Proses Mühəndisi İş yeri: Karakol şəhəri, Qırğızıstan Məşğulluq növü: Tam iş günü Ali təhsil (Ətraf mühit mühəndisliyi, Kimya mühəndisliyi, Su təchizatı və su təsərrüfatı və ya müvafiq sahə üzrə). Çirkab suların təmizlənməsi obyektlərində proses mühəndisi və ya növbə rəisi kimi iş təcrübəsi. ​Sahə üzrə ən azı 15 illik ümumi iş təcrübəsi (bu təcrübənin minimum 10 ili birbaşa çirkab suların təmizlənməsi qurğularında (WWTP) olmalıdır). ​​Laboratoriya analizləri və SCADA sistemlərinin iş prinsipləri barədə mükəmməl biliklər. ​Rus dilində sərbəst danışıq və yazı bacarığı (mütləqdir). ​Yüksək kommunikasiya, komanda idarəetmə və təlim keçmə (müəllimlik) bacarığı, səbirlilik. Çirkab suların təmizlənməsi qurğusundakı (WWTP) bütün texnoloji proseslərin idarə edilməsi, monitorinqi və optimallaşdırılması. ​Kimya-bakterioloji laboratoriyanın işinin təşkili, analizlərin düzgünlüyünə nəzarət edilməsi və SCADA avtomatlaşdırma sistemi vasitəsilə zavodun idarə olunması. ​Təlim və Mentorluq: Sahə üzrə laborantlara, SCADA operatorlarına və işin öyrədilməsi, onlara nəzəri və praktiki təlimlərin keçirilməsi. ​Heyət üçün standart əməliyyat prosedurlarının (SOP) və təhlükəsizlik təlimatlarının hazırlanması. Əmək haqqı: 5000-8000 AZN
REKLAMA