Prayk

Rəqəmsal Reklam üzrə Performance Marketing Mütəxəssisi

2 500 ₼
Tekshirilgan1 oy oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
1
Raqam
№2107678

Tavsif

Namizəd əvvəlki və ya mövcud layihələrində əldə etdiyi nəticələri real rəqəmlərlə göstərə bilməlidir. Xüsusilə Meta, Google və TikTok platformalarında digər müştərilər üçün Download-ları hansı qiymətə əldə etdiyi, hansı ölkələrdə və hansı büdcələrlə işlədiyi barədə real nəticələr təqdim etməlidir. İş formatı İş tamamilə remote (uzaqdan) formatdadır Verilən tapşırıqlar vaxtında və tam şəkildə icra edilməlidir Reklam kampaniyaları daim nəzarətdə saxlanılmalıdır Zəruri hallarda reklamlara operativ müdaxilə etmək tələb olunur Telefon zənglərinə və mesajlara operativ cavab vermək vacibdir Səbəbsiz şəkildə əlaqəsiz qalmaq, mesaj və zənglərə cavab verməmək və tapşırıqları vaxtında yerinə yetirməmək əməkdaşlıq qaydalarının pozulması hesab ediləcək Bu halların təkrarlanması əməkdaşlığa xitam verilməsi ilə nəticələnəcək Əmək haqqı və əməkdaşlıq forması Bu vəzifə üçün yüksək əmək haqqı təklif olunur. Namizəd bütün diqqətini reklam nəticələrinin effektivliyinə yönəltməli, xüsusilə Download qiymətlərinin artmasının qarşısını vaxtında almalıdır. Ödəniş namizədin təcrübə və nəticələrinə əsasən müəyyən olunacaq və xidmət müqaviləsi əsasında həyata keçiriləcək. Vacib qeyd Təcrübəsi olmayan, yeni başlayan, portfolio və real iş nəticələri təqdim edə bilməyən namizədlər qətiyyən müraciət etməsinlər. Elanda qeyd olunan tələblərə əməl edə bilməyəcək şəxslərin müraciət etməməsi xahiş olunur. Yalnız minimum 10 il real təcrübəsi olan və nəticələrini rəqəmlərlə sübut edə bilən namizədlər nəzərdən keçiriləcək. Qeyd: Vakansiya üzrə yalnız kişi namizədlərin müraciətləri nəzərdən keçiriləcək. Meta Ads Manager, Google Ads və TikTok Ads sistemlərini yüksək səviyyədə bilməli Minimum 10 il real iş təcrübəsi Mobil tətbiqlər üçün App Install / Download kampaniyaları ilə işləmə təcrübəsi CPI optimizasiyası üzrə güclü təcrübə Böyük reklam büdcələri ilə işləmə təcrübəsi İngilis dili mütləqdir Analitik və nəticəyönümlü işləmək bacarığı Real reklam nəticələrini və statistikaları təqdim edə bilməli Meta, Google Ads və TikTok Ads platformalarında reklam kampaniyalarının yaradılması, idarə olunması və optimizasiyası Reklam büdcələrinin effektiv idarə olunması Reklam kampaniyalarının və nəticələrinin daim nəzarətdə saxlanılması Mobil tətbiqlər üzrə Download / App Install qiymətlərinin (CPI) mümkün qədər aşağı saxlanılması Download qiymətləri artdıqda dərhal optimizasiya aparılması Auditoriyalar, ölkələr, kreativlər və reklam formatları üzrə testlər aparmaq CPI, CPA, CTR, CPM, ROAS və digər göstəriciləri analiz etmək Pixel, Conversion API, Google Analytics və Conversion Tracking sistemləri ilə işləmək Reklam nəticələrinə əsasən yeni strategiyalar hazırlamaq Dizaynerə mütəmadi olaraq banner, video və digər reklam kreativləri üçün ətraflı brief (texniki tapşırıq) vermək Reklam hesablarında yaranan problemlərə operativ müdaxilə etmək Əmək haqqı: 1000-2500 AZN
REKLAMA