

550 ₼
Satış məsləhətçisi tələb olunur, 18-29 yaş, 1 ildən az təcrübə, Ayda 2 dəfə ödəniş
Tekshirilgan1 oy oldin
Tavsif
Vakansiya: Satıcı–Bişirici (O to go Market | Cafe)
Vəzifə öhdəlikləri:
- Mağazada müştərilərə nəzakətli və operativ xidmət göstərmək
- Menyuya uyğun məhsulların (qəlyanaltılar, sendviçlər, isti-soyuq içkilər və s.) hazırlanması və vitrinə çıxarılması
- Satış prosesinin şirkət standartlarına uyğun icra olunması, kassada əməliyyatların aparılması
- Məhsul çeşidlərinin təqdimatı, tövsiyələr və əlavə satışların təşkili
- İş sahəsinin təmiz və səliqəli saxlanılması, gigiyena və sanitariya qaydalarına riayət
- Anbar/qəbul əməliyyatlarında dəstək, yararlılıq tarixlərinin nəzarətdə saxlanılması
- Daxili intizam qaydalarına əməl etmək və xidmət standartlarını rəhbər tutmaq
- Birbaşa mağaza müdirinə hesabatlılıq
Namizəd üçün tələblər:
- Müştəriyönümlülük və ünsiyyət bacarıqları
- Komanda ilə işləmək və məsuliyyətli yanaşma
- Sürətli iş mühitinə uyğunlaşma, səliqə–təhlükəsizlik normalarına ciddi riayət
- Əsas səviyyədə kassadan və POS avadanlıqlarından istifadə bacarığı üstünlükdür
İşin üstünlükləri:
- İdarə et – İnkişaf et – Uğur qazan şüarı ilə dinamik mühit
- Market və kafe konseptində rahat iş atmosferi
Əlaqə üçün: [email protected]
Qeyd: Telefon nömrəsi şəkildədə mövcuddur.
REKLAMA







