Prayk

Satış Təmsilçisi

1 000 ₼
Tekshirilgan5 kun oldin
ShaharGəncə
KategoriyaSavdo

№6112240·Koʻrishlar: 16

Tavsif

İş yeri: Gəncə şəhəri və ətraf rayonlar İş qrafiki: Tam iş günü (09:00 – 18:00) Əmək haqqı: Sabit maaş + satışdan bonus (KPI əsasında yüksək gəlir imkanı) Şirkət təklif edir: Rəsmi qeydiyyat (AR Əmək Məcəlləsinə uyğun); Rəqabətə davamlı sabit əmək haqqı və satış həcminə uyğun limitsiz bonus sistemi; Korporativ nömrə və yanacaq xərclərinin təminatı; Peşəkar və inkişaf yönümlü iş mühiti. Öhdəliklər Təhkim olunmuş ərazi üzrə mövcud müştərilərlə (çörək sexləri, şirniyyat evləri, topdansatış məntəqələri, marketlər) işləmək və yeni müştəri bazası formalaşdırmaq; Məhsul çeşidlərini (əla, 1-ci və 2-ci növ unlar və s.) müştərilərə təqdim etmək, keyfiyyət göstəriciləri barədə dolğun məlumat vermək; Sifarişlərin vaxtında qəbulunu və çatdırılma prosesinə nəzarəti təmin etmək; Debitor borcların vaxtında yığılmasına nəzarət etmək və hesabatlılığı aparmaq; Bazar araşdırması aparmaq, rəqiblərin qiymət və kampaniyalarını izləmək; Gündəlik və aylıq satış planlarını icra etmək, rəhbərliyə mütəmadi hesabat vermək. Tələblər Təcrübə: B2B və ya FMCG (xüsusilə un, taxıl, qida məhsulları) sahəsində minimum 1-2 il satış təcrübəsi; Sürücülük vəsiqəsi: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması üstünlükdür (yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır); Çörək sexləri və topdansatış şəbəkələri ilə işləmə bacarığı və əlaqələrinin olması; Yüksək ünsiyyət, inandırma və danışıqlar aparma qabiliyyəti; Məsuliyyətli, punktual və nəticə yönümlü olmaq.

Eʼlon manbai

Asl eʼlonni ochish

© Osmanlı Taxıl busy.az · Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA