Prayk
Satış üzrə məsləhətçi — Satış
Kelishiladi

Satış üzrə məsləhətçi

TekshirilganBugun
Kategoriya
Savdo
Sana
Koʻrishlar
8
Raqam
№6292780

Tavsif

Namizədə tələblər Ali təhsil Avtomobil satışı sahəsində 2 il təcrübə Azərbaycan dilində səlis danışıq; rus və ingilis dillərini bilmək üstünlükdür; Yüksək ünsiyyət və təqdimat bacarığı; Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklif etmək bacarığı; MS Office proqramlarından istifadə bacarığı; Avtomobil modelləri, texniki göstəricilər və avtomobil bazarı haqqında məlumatlı olmaq üstünlükdür; B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı arzuolunandır. Şəxsi keyfiyyətlər Müştəriyönümlülük və nəzakətli ünsiyyət; Məsuliyyətlilik və intizam; Aktiv dinləmə və inandırma bacarığı; Komanda ilə işləmək bacarığı; Stressə davamlılıq və operativ qərarvermə; Nəticəyönümlülük və satış hədəflərinə fokuslanmaq; Təşəbbüskarlıq və öyrənməyə açıqlıq; Dəqiqlik və detallara diqqət. Vəzifə öhdəlikləri Potensial müştəriləri qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyənləşdirmək; Şirkətin təqdim etdiyi avtomobil modelləri, komplektasiyalar, texniki xüsusiyyətlər və satış şərtləri barədə müştərilərə ətraflı məlumat vermək; Müştərilərə ehtiyaclarına və büdcələrinə uyğun avtomobil seçimində dəstək göstərmək; Avtomobillərin üstünlüklərini təqdim etmək və test-sürüşlərinin təşkilində iştirak etmək; Satış prosesi çərçivəsində müştərilərlə danışıqlar aparmaq, qiymət və təklifləri təqdim etmək; Daxili kredit və lizinq daxil olmaqla mövcud maliyyələşmə imkanları barədə müştəriləri məlumatlandırmaq; Satış müraciətlərini və müştəri məlumatlarını müvafiq sistemlərdə düzgün və vaxtında qeydiyyata almaq; Müştərilərlə mütəmadi əlaqə saxlamaq, müraciətləri izləmək və satış prosesinin tamamlanmasını təmin etmək; Satış planlarının və müəyyən edilmiş fərdi hədəflərin yerinə yetirilməsi istiqamətində çalışmaq; Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; Avtomobillərin təhvil verilməsi prosesində aidiyyəti şöbələrlə koordinasiyanı həyata keçirmək; Müştəri məmnuniyyətinin təmin edilməsi və şirkətin xidmət standartlarının qorunmasına riayət etmək; Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. İş şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Korporativ təlim və inkişaf imkanları; Stabil və dinamik iş mühiti. Vəzifə ilə maraqlanan namizədlər öz tərcümeyi-hallarını (CV) mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron  elektron poçt ünvanına göndərə bilərlər Son müraciət tarixi: 23.12.2026

Eʼlon manbai

Asl eʼlonni ochish

© Group Motors jobsearch.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp