Prayk

Sosial Media Marketinq (SMM) mütəxəssisi

500 ₼
Tekshirilgan4 hafta oldin
Shahar
Bakı
Sana
Koʻrishlar
14
Raqam
№4552323

Tavsif

Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır. İş şərtləri 6 günlük iş qrafiki: 10:00–18:00; Rəsmi əmək müqaviləsi; Nahar şirkət tərəfindən təmin olunur; Əmək haqqı: 500–800 AZN. Müraciət qaydası Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələri [email protected] elektron ünvanına göndərin. İş telefonu: +994 12 441 49 49 Tələblər: Kişi namizəd, yaş həddi: 30 yaş və yuxarı; SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi; Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik; Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı; Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür; CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı; ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür; Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı; Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı. Üstünlük veriləcək SMM və ya reklam agentliyində iş təcrübəsi; Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə; Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik. Vəzifə öhdəlikləri: Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması; Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması; Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması; Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili; Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi; Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi; Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması; Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi; Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili; Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi. Maaş: 500-800 AZN Yaş: 30-45 İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Eʼlon manbai

Asl eʼlonni ochish

© Aura Məişət Texnikası MMC boss.az — Bu eʼlonning matni, rasmlari va boshqa materiallari ularning huquq egalariga tegishli.

Matn, narx va aloqa raqami manbadagidek saqlanadi va avtomatik sinxronlanadi. Prayk faqat eʼlonni koʻproq xaridorlarga koʻrsatadi, bozor tahlilini oʻtkazadi, manba va eʼlonning ishonchliligini tekshiradi hamda nusxa eʼlonlarni toʻxtatish uchun rasm tahlilidan foydalanadi. Agar siz muallif yoki huquq egasi boʻlsangiz, eʼlondagi telefon raqami orqali unga egalik qilishingiz yoki uni oʻchirishni soʻrashingiz mumkin.

REKLAMA
WhatsApp