
Bakı2
Sürücü
Sürücü
700 ₼
TekshirilganBugun
ShaharBakı
Sana
Koʻrishlar2
Raqam№6043532
Tavsif
Vəzifə öhdəlikləri
Şagirdlərin A korpusundan digər korpuslara təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
Şagirdlərin gündəlik gəzintilərə, ekskursiyalara və məktəbdənkənar tədbirlərə daşınmasını həyata keçirmək;
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsini təmin etmək;
Nəqliyyat vasitəsini daim təmiz, səliqəli və texniki cəhətdən saz vəziyyətdə saxlamaq;
Şagirdlərin nəqliyyat vasitəsinə təhlükəsiz minib-düşməsinə nəzarət etmək;
Daşınma zamanı yol hərəkəti və sərnişin təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Nəqliyyat vasitəsində yaranan nasazlıqlar və digər problemlər barədə birbaşa rəhbəri vaxtında məlumatlandırmaq;
Rəhbərlik tərəfindən verilən və əmək funksiyasına uyğun digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Namizədə olan tələblər
D kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
Yaş həddi: 35–45;
Sürücü vəzifəsində minimum 3 il iş təcrübəsi;
Bakı şəhərinin yollarını və əsas marşrutlarını yaxşı bilmək;
Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək;
Sərnişin, xüsusilə şagird daşınması sahəsində təcrübənin olması üstünlükdür;
Məsuliyyətli, intizamlı, səbirli, dürüst və punktual olmaq;
Uşaqlarla ünsiyyətdə nəzakətli və diqqətli davranmaq;
Zərurət yarandıqda dəyişkən iş qrafiki ilə işləməyə hazır olmaq.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Dünya Məktəbi
İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00
Əmək haqqı: 700 AZN (NET)
Məşğulluq forması: Tam ştat
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/206537/surucu
REKLAMA







