Prayk
Təchizat və logistika mütəxəssisi — Nəqliyyat, logistika, anbar
800 ₼

Təchizat və logistika mütəxəssisi

TekshirilganBugun
Sana
Koʻrishlar
11
Raqam
№5925956

Tavsif

Vəzifə üzrə əsas öhdəliklər: Satınalma və təchizatla bağlı işlədiyimiz xarici fabriklərlə danışıqların aparılması və malların sifariş edilməsi Nəqliyyat vasitəsinin növünün seçilməsi, sifarişi və malın çatdırılmasının izlənilməsi, Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi, Təchizat, nəqliyyat, maliyyə və digər sənədlərin (müqavilə, akt, etibarnamə, invoice və s.) hazırlanması, Gömrük orqanına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi, İdxal əməliyyatları üçün nəzərdə tutulan, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət, Ödənişlərin planlaşdırılması və hesabatların formalaşdırılması Vəzifə üzrə əsas tələblər: Ali təhsil; MS Office (Word, Excel, PowerPoint, Outlook və s.); Vəzifə üzrə 2 il iş təcrübəsi; Azərbaycan, Rus və İngilis dillərini bilmək; İş şəraiti: İş qrafiki: Həftənin 6 günü, 09:00-dan 18:00-dək. İstirahət günü: Bazar. Korporativ nömrə verilir. Əmək haqqı: 800 azn + bonus Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 800 AZN Son müraciət tarixi: 13.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/seratonia-techizat-ve-logistika-mutexessisi-156074
REKLAMA