Prayk
Vaqonların hərəkət sürətinin tənzimləyicisi (H.Z.Tağıyev qəsəbəsi) — Nəqliyyat, logistika, anbar, Ələt
Kelishiladi

Vaqonların hərəkət sürətinin tənzimləyicisi (H.Z.Tağıyev qəsəbəsi)

TekshirilganBugun

№6299728·Koʻrishlar: 22

Tavsif

Stansiya yollarında duran vaqonların özbaşına hərəkətə gəlməməsi üçün vaqonları tormoz başmaqları ilə düzgün və etibarlı bərkitmək;Manevr işi zamanı qatar tərtibçisinin (yük qatarlarının konduktorunun) digər müvafiq göstərişlərini yerinə yetirmək;Park yollarında tormoz başmaqlarının qoyulması və götürülməsinin vəziyyətini tormoz başmaqlarının qeydiyyatı kitabında qeydiyyat aparmaq;Tormoz başmaqlarını rəngləmək, müəyyən müəyyən edilmiş damğaya malik olmasını və xüsusi yollararası sandıqcalarda saxlanılmasını təmin etmək;Yollarda və yoldəyişinlərdə nasazlıq aşkar edildikdə stansiya növbətçisinə və ya təpə növbətçisinə dərhal məlumat vermək;Posta məxsus olan inventarların və sənədlərin qorunmasını təmin etmək. Tələblər: Ümumi təhsil;Dəmir yollarının texniki istismar qaydaları, işarəvermə təlimatı üzrə biliklər;Tormoz başmaqlarının qoyulma və götürülmə qaydaları üzrə biliklər;Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;Peşəkar ehtiyatlılıq, şifahi ifadə, diqqətlilik. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Digər Şirkət: Azərbaycan Dəmir Yolları Yer: Ələt, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-vaqonlarin-hereket-suretinin-tenzimleyicisi-hztagiyev-qesebesi-13922098/apply
REKLAMA