Prayk
Antipar АВЗ. Здоровье животных balıqlar üçün kompleks preparat flakon, 20 ml — Mallar, Bakı
13 ₼

Antipar АВЗ. Здоровье животных balıqlar üçün kompleks preparat flakon, 20 ml

SatılırKopyaİşlənmişBu gün
Şəhər
Bakı
Kateqoriya
Mallar
Tarix
Nömrə
№3285074

Təsvir

Antipar — antisteptik kombinə olunmuş dərman preparatı, akvarium balıqlarının xaricdən müalicəsi üçün təkmilləşdirilmiş formula. Preparatın tərkibinə daxil olan təsiredici maddələr: malaxit yaşılı – 0,2 % və formalin – 10 % bakterial və göbələk infeksiyalarının, təkhüceyrəli parazitlərin və qurdların, balıqların dərisində, qəlsəmələrində və üzgəclərində yerləşərək xəstəlik törədən mikroorqanizmləri məhv edir və toxuma zədələnmələrinin sağalmasına kömək edir. Preparatın təsir mexanizmi malaxit yaşılı ilə hüceyrədaxili sitoplazmatik strukturların bağlanması və formalinin zülalları denaturasiya etməsi prinsipinə əsaslanır, bu da xəstəlik törədənlərin maddələr mübadiləsini pozur və onların məhv olmasına səbəb olur. İstifadə üçün göstərişlər. Preparat saprolegnioz, ixtrioftirioz, kriptokaryonoz, trixodinioz, oodinioz və amiloodinioz, kostiya xəstəliyi, xilodonelloz, bruklinelloz, trixofrioz, apiozomoz və digər ektozoy xəstəlikləri və mikoza xəstəliklərində akvarium balıqlarının müalicəsində istifadə edilir. Əks göstərilmələr. Dəri örtüyünün bütövlüyü pozulmuş balıqlar üçün istifadə edilməməlidir. Pullu balıqlar və bəzi dəniz balıqları preparatı çətin qəbul edirlər, ona görə də ehtiyatla istifadə edilməlidir. Ticarət balıqları və akvariumda onurğasız hidrobiontlar üçün nəzərdə tutulmamışdır. Gümüş, civə və mis duzları, oksidləşdiricilər və qələvilərlə olan preparatlarla birlikdə tətbiq etməmək. Dozalar və tətbiq qaydası. Profilaktik məqsədlə suyun hər 10 litrində 1 ml preparat dozası ilə 3 saatlıq birdəfəlik qısa vannalar həyata keçirilir. Müalicə məqsədilə suyun hər 10 litrində 1 ml preparat dozası ilə 24 saat aralığında iki dəfə qısa vannalar, və ya suyun hər 50 litrində 1 ml preparat dozası ilə klinik əlamətlər yox olana qədər 3-dən 8 günə qədər davamlı vannalar keçirilir. Preparatı tətbiq etməzdən əvvəl İstifadə Qaydalarına uyğun olaraq dözümlülük testləri aparılır. Yüksək həssaslıq göstərən balıqların müalicəsində İstifadə Qaydalarında göstərildiyi kimi müalicə prosedurları həyata keçirilir. Əks təsirlər. Preparatın həll edildiyi su yaşıl-mavi rəng alır. Preparatın dozasının aşılması zamanı balıqlarda tarazlığın və hərəkət koordinasiyasının pozulması (məsələn, sürətli xaotik üzmə) mümkündür. Bu halda balıqları dərhal təmiz su ilə dolu qaba keçirmək lazımdır.

Elanın mənbəyi

Orijinal elanı aç

© birmarket.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Hamısına bax