İş yeri: Bakı (ofisdə)
Məşğulluq növü: Tam ştat
Megasec informasiya təhlükəsizliyi və İT audit sahəsində fəaliyyət göstərən şirkət olaraq, müştərilərinə İT infrastrukturunun etibarlılığını, uyğunluğunu və təhlükəsizliyini təmin etmək üçün peşəkar audit xidmətləri təqdim edir. Komandamızı gücləndirmək üçün təcrübəli və məsuliyyətli Aparıcı İT Auditor axtarırıq.
Vəzifə öhdəlikləri
Şirkət daxilində və müştərilərdə İT sistemlərinin, proseslərinin və nəzarət mexanizmlərinin auditinin planlaşdırılması və aparılması
İT infrastrukturunun, məlumat təhlükəsizliyi siyasətlərinin və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi
Audit tapıntılarının sənədləşdirilməsi, risklərin qiymətləndirilməsi və tövsiyələrin hazırlanması
Beynəlxalq standartlara (ISO 27001, COBIT, ITIL və s.) uyğunluğun yoxlanılması
Audit hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Kiçik audit qrupuna rəhbərlik və nəzarət
Müştərilər və daxili maraqlı tərəflərlə əlaqələrin qurulması və audit prosesinin əlaqələndirilməsi
Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tövsiyələrin icrasına nəzarət
Tələblər
İT audit, informasiya təhlükəsizliyi və ya əlaqəli sahədə minimum 2-3+ il iş təcrübəsi
İT sistemləri, şəbəkə infrastrukturu və informasiya təhlükəsizliyi prinsipləri barədə dərin bilik
Risklərin qiymətləndirilməsi və daxili nəzarət metodologiyaları ilə tanışlıq
Analitik düşüncə tərzi və detallara diqqət
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, hesabat hazırlama qabiliyyəti
Komanda ilə işləmək və prosesə rəhbərlik etmək bacarığı
Azərbaycan dilində sərbəst, ingilis dilində orta və ya yüksək səviyyədə bilik (üstünlükdür)
CISA, ISO 27001 Lead Auditor və ya digər müvafiq sertifikatların olması üstünlükdür
Şirkət nə təklif edir
Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı razılaşdırılır)
Peşəkar inkişaf və sertifikasiya imkanları
Dinamik və peşəkar komanda mühiti
Sigorta
Sabit iş şəraiti və karyera yüksəlişi perspektivi
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Aparıcı İT Auditor" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Yalnız irəli mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 15.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/megasec-aparici-it-auditor-151230