Vəzifə öhdəlikləri:
Müəssisə biznes platformalarının texniki mühitini dəstəkləmək və idarə etmək;
Platformaların texniki mühitini sazlamaq, monitorinq etmək, yaranan problemləri araşdırmaq və aradan qaldırmaq;
Sistemləri quraşdırmaq, konfiqurasiya etmək, yeniləmək və texniki xidmətini həyata keçirmək;
Əməliyyat sistemləri, verilənlər bazaları, şəbəkə və tətbiq komponentləri arasında qarşılıqlı əlaqəni təhlil etmək;
Sistem və tətbiq loglarını (jurnallarını) təhlil etmək və texniki problemlərin ilkin diaqnostikasını aparmaq;
Backup (ehtiyat nüsxələmə) və recovery (bərpa) proseslərinin texniki prinsiplərini tətbiq etmək və onların düzgün işləməsini yoxlamaq;
Gündəlik texniki xidmət və monitorinq tapşırıqlarını icra etmək;
Təkrarlanan əməliyyatları avtomatlaşdırmaq və sadə skriptlərin hazırlanmasında iştirak etmək;
Texniki sənədlərin, prosedurların və əməliyyat qeydlərinin hazırlanmasında iştirak etmək;
SAP mühitinin inzibatçılığı ilə bağlı texniki tapşırıqları yerinə yetirmək və SAP Basis (SAP sistemlərinin texniki inzibatçılığı) istiqamətində inkişaf etmək.
Tələblər:
Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə Bakalavr dərəcəsi;
Şəbəkə texnologiyalarının əsas prinsiplərini anlamaq: TCP/IP, IP ünvanlaşdırma, subnetting, DNS, portlar və əsas şəbəkə protokolları;
Linux əməliyyat sisteminin əsas anlayışları və komandaları barədə bilik, proseslər, servislər, fayl sistemləri, istifadəçilər və giriş hüquqları kimi Linux sistem inzibatçılığı anlayışlarını başa düşmək. əməliyyat sistemləri ilə praktiki təcrübə;
Relational Database prinsipləri və SQL üzrə əsas anlayışlara üstünlük verilir, backup və recovery prinsipləri və əsas backup növləri barədə anlayış;
Tətbiqlərin və onların əməliyyat sistemi, şəbəkə və verilənlər bazası ilə qarşılıqlı əlaqəsinin əsas prinsiplərini başa düşmək;
Sistem Administration sahəsində təcrübə arzuolunandır;
Güclü problem həll etmə, analiz bacarıqları, texniki problemlərin araşdırılması, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi və analitik yanaşma bacarığı;
Yeni texnologiyaları müstəqil öyrənmək və texniki sənədlərlə işləmək və mənimsəmək bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan dilini səlis, İngilis dilini əla, Rus dilini orta bilməli;
Təminatlar:
Tibbi sığorta təminatı
Nahar təminatı
Peşəkar təlim və sertifikasiya proqramlarında iştirak imkanı
Xaricdə təhsil və peşəkar inkişaf proqramlarında iştirak imkanı
İdman və sağlamlıq proqramlarından yararlanmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 30.09.2026
Müraciət: https://jobsearch.az/vacancies/socar-tech-korporativ-biznes-platformalari-uzre-kicik-mutexessis-151275