Prayk

Aparıcı mühasib

1 000 ₼
Yoxlanılıb4 gün əvvəl
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№2927989

Təsvir

Namizədə tələblər: Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə ali təhsil; Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi; Müəssisənin mühasibat uçotunu müstəqil şəkildə tam aparmaq bacarığı; ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər zəruri vergi və statistik hesabatların hazırlanması, yoxlanılması və müvafiq dövlət portalları vasitəsilə müstəqil şəkildə təqdim edilməsi; E-taxes.gov.az və digər aidiyyəti elektron dövlət portallarından sərbəst istifadə etmək bacarığı; Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə yaxşı praktiki biliklər; 1C 8.2 proqramında sərbəst işləmək bacarığı; Bank əməliyyatlarının uçotu və bank hesabları üzrə əməliyyatların aparılması; Debitor və kreditor borclarının uçotu və hesablaşmaların aparılması; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və digər əməkhaqqı hesablamaları üzrə praktiki biliklər; E-qaimə-faktura, hesab-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi; Vergi, DSMF və digər dövlət orqanları ilə bağlı hesabatların və elektron müraciətlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi; Sənədləşdirmə və işgüzar yazışma bacarığı; Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq, müraciət və sorğularını səbirli şəkildə dinləmək, düzgün yönləndirmək və yaranan məsələlərin həllində operativ dəstək göstərmək bacarığı; Komandada işləmək və verilmiş tapşırıqları vaxtında yerinə yetirmək bacarığı. Vəzifə öhdəlikləri: Şirkətlərin gündəlik mühasibat uçotunun tam və düzgün aparılması; Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçota alınması; İlkin mühasibat sənədlərinin hazırlanması və sistemə işlənilməsi; E-qaimə-fakturaların, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər mühasibat sənədlərinin hazırlanması və göndərilməsi; Əməkhaqqı və digər ödənişlərin hesablanması; ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər müvafiq hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müstəqil şəkildə təqdim edilməsi; Vergi, DSMF və digər dövlət orqanlarından daxil olan məktub və bildirişlərin izlənilməsi, cavablandırılması və zəruri tədbirlərin görülməsi; Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılması; Mühasibat uçotu üzrə məlumat bazalarının formalaşdırılması, aparılması və məlumatların düzgün şəkildə saxlanılmasının təmin edilməsi; Müştərilərlə gündəlik iş üzrə peşəkar ünsiyyətin qurulması, onların mühasibatlıq və vergi məsələləri ilə bağlı sorğularının cavablandırılması və zəruri məlumatların təqdim edilməsi; Rəhbərliyə tələb olunan maliyyə və mühasibat hesabatlarının hazırlanaraq təqdim edilməsi; Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların icrası. Üstünlük veriləcəkdir: Konsaltinq sahəsində iş təcrübəsi olan namizədlərə; Bir neçə şirkətin mühasibatlığını paralel şəkildə aparmış namizədlərə; Vergi yoxlamaları, kameral məktublar və digər vergi orqanları ilə yazışmalar üzrə praktiki təcrübəsi olan namizədlərə. Xarici dil biliyi olan namizədlərə. İş şəraiti: Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir; İş rejimi: 5 günlük iş həftəsi; iş saatları 09:00–18:00 və ya 08:00–17:00 (razılaşma əsasında); İş yeri: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza. Əmək haqqı (net): 1000–1300 AZN Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu (Subject) hissəsində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 23.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Samadov Law & Audit jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar