
Biznes və Məhsul analitiki üzrə baş mütəxəssis

Razılaşma yolu ilə
Biznes və Məhsul analitiki üzrə baş mütəxəssis
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Nömrə№3635088
Təsvir
İş haqqında məlumat:
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoruTabeçilik: Sektor müdiriİşin təsviri:Müştəri, istifadəçi və aidiyyəti struktur bölmələrin biznes ehtiyaclarının müəyyənləşdirilməsi, təhlili, prioritetləşdirilməsi və sənədləşdirilməsi, biznes problemi, istifadəçi ehtiyacları, məhsul məqsədləri və uğur meyarlarının formalaşdırılması.Məhsul və həll konsepsiyasının formalaşdırılması, əhatə dairəsi (Scope), MVP (Minimum Viable Product), əsas funksionallıqlar, biznes qaydaları, istifadəçi rolları, məhdudiyyətlər və asılılıqların müəyyənləşdirilməsi.Mövcud biznes proseslərinin (AS-IS) təhlil edilməsi, problemlər və səmərəsizliklərin müəyyənləşdirilməsi, hədəf proseslərin (TO-BE) modelləşdirilməsi və optimallaşdırılması üzrə təkliflərin hazırlanması.Biznes, funksional və qeyri-funksional tələblərin, User Story, Use Case, Acceptance Criteria, biznes qaydaları və digər analitik sənədlərin hazırlanması, razılaşdırılması və aktuallığının təmin edilməsi.BRD, SRS və digər tələb və analiz sənədlərinin hazırlanması, struktur və versiyalarının idarə edilməsi, dəyişikliklərə uyğun yenilənməsi.Product Roadmap və Product Backlog-un formalaşdırılmasında iştirak edilməsi, backlog elementlərinin hazırlanması, prioritetləşdirilməsi və inkişaf planlarına uyğunlaşdırılması.Proqram təminatının işlənməsi və sınağı zamanı biznes və funksional tələblərlə bağlı sualların cavablandırılması, qeyri-müəyyənliklərin aradan qaldırılması və qəbul edilmiş qərarların sənədləşdirilməsi.Biznes və məhsul analitikası üzrə sənədləşmə, tələblərin idarə edilməsi və analiz standartlarının təkmilləşdirilməsi, vahid metodologiyanın tətbiqinin dəstəklənməsi və biznes analitiklərinə metodoloji dəstəyin göstərilməsi.
Tələblər:
İnformasiya texnologiyaları, biznesin idarə edilməsi, iqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil.İT sahəsində biznes və məhsul analitiki kimi minimum 3 (üç) il iş təcrübəsi.Güclü analitik düşünmə və problem həlletmə bacarıqları.BPMN, UML kimi proses modelləşdirmə notasiyaları üzrə biliklər.Agile, Scrum, Kanban və ya digər çevik layihə idarəetmə metodologiyaları üzrə təcrübə.SQL sorğuları və API-lərlə (REST/JSON) işləmək bacarığı.Güclü yazılı və şifahi kommunikasiya bacarıqları.Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı.Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi əlavə üstünlükdür).Əlavə məlumat:İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.Vakansiya növü: tam ştat.İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.Təminatlar:Push30 platformasından istifadə imkanı.AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.Texnologiyalar parkının rezidenti olaraq tətbiq edilən vergi güzəştləri.İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 16/10/2026
Bənzər elanlar





Zümrüd



Mehman Məmmədov




1 750 ₼
Sürücü-kuryer tələb olunur, Nəqliyyat təmin edilir, Gündəlik ödəniş, 1 ildən az
BakıDünən 15:26



