Prayk
Data Mühəndisi / Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi — Sənaye, istehsal, Bakı
Razılaşma yolu ilə

Data Mühəndisi / Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi

Analiz gedirBu gün
Şəhər
Bakı
Tarix
Nömrə
№3383342

Təsvir

Məlumatların toplanması və hazırlanması: Python vasitəsilə müxtəlif mənbələrdən (API, fayllar, verilənlər bazaları) məlumatların toplanmasında iştirak etmək, ilkin təmizləmə və strukturlaşdırma proseslərini icra etmək;Məlumatların köçürülməsi: Mövcud ETL proseslərindən istifadə edərək məlumatların mənbə sistemlərdən hədəf sistemlərə ötürülməsini təmin etmək və proseslərin düzgün işləməsinə nəzarət etmək;Avtomatlaşdırma dəstəyi: ETL və məlumat köçürülməsi proseslərinin avtomatlaşdırılmasında iştirak etmək və mövcud skriptlərin dəstəklənməsini təmin etmək;Data pipeline-larla iş: Mövcud data pipeline və data flow-ların işlək vəziyyətdə saxlanmasına dəstək olmaq, dəyişikliklər və optimallaşdırmalar həyata keçirmək;Verilənlər bazası əməliyyatları: SQL sorğuları yazmaq, məlumatların əlavə olunması, yenilənməsi və silinməsi üzrə əməliyyatları icra etmək;Məlumat keyfiyyətinin yoxlanılması: Məlumatların düzgünlüyünü və bütövlüyünü yoxlamaq, aşkar olunan problemlərin aradan qaldırılmasında iştirak etmək;Monitorinq və problemlərin həlli: Data pipeline və ETL proseslərində yaranan xətaları izləmək və onların aradan qaldırılmasına dəstək göstərmək. Vakansiya növü: Tam ştat Şirkət: "Azərbaycan Hava Yolları" QSC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-data-muhendisi-biznes-melumatlarinin-intellektual-emali-bi-ve-data-muhendisliyi-48975/apply

Bənzər elanlar