
Digital Marketing & SMM Mütəxəssisi

800 ₼
Digital Marketing & SMM Mütəxəssisi
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Nömrə№3424970
Təsvir
İş haqqında məlumat:
Şirkətlərimizin sosial media, rəqəmsal reklam və onlayn kommunikasiya fəaliyyətlərini peşəkar şəkildə idarə edəcək, kreativ, analitik düşüncəli və nəticəyönümlü xanım Digital Marketing & SMM Mütəxəssisi axtarırıq.
İş şəraitiİş yeri: Bakı şəhəri;İş rejimi: həftədə 6 gün;Bazar ertəsi – Cümə: 10:00–15:00;Şənbə: 10:00–14:00 (qısa iş günü);Bazar günü: istirahət.Əmək haqqıİlkin sabit əmək haqqı: 800 - 1200 AZN.Əməkdaşın peşəkar fəaliyyəti və əldə etdiyi nəticələrə əsasən gələcəkdə əmək haqqının artırılması imkanı nəzərdə tutulur.Vəzifə öhdəlikləriInstagram, Facebook, TikTok və LinkedIn səhifələrinin peşəkar idarə edilməsi;Həftəlik və aylıq kontent planlarının hazırlanması və icrası;Sosial media üçün kreativ dizaynların, bannerlərin və digər vizual materialların hazırlanması;Foto və video çəkilişlərin həyata keçirilməsi;Reels, TikTok və digər qısa formatlı videoların çəkilməsi və montajı;Süni intellekt (AI) alətlərindən istifadə etməklə kreativ video, vizual və digər kontentlərin hazırlanması;Meta Ads Manager vasitəsilə Instagram və Facebook reklam kampaniyalarının hazırlanması, idarə edilməsi və optimallaşdırılması;Google Ads və TikTok Ads reklam kampaniyalarının hazırlanması və idarə edilməsi;Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və reklam büdcələrinin effektiv idarə olunması;Reklam nəticələrinin təhlili, müqayisəsi və effektivliyin artırılması üçün təkliflərin hazırlanması;Rəqiblərin sosial media və rəqəmsal reklam fəaliyyətlərinin mütəmadi araşdırılması və müqayisəli təhlili;Sosial media və rəqəmsal kanallardan daxil olan müştəri müraciətlərinin vaxtında cavablandırılması, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi;Şirkətlərə məxsus veb-saytlarda xəbərlərin, yeniliklərin, xidmətlərin, kampaniyaların və digər məlumatların yerləşdirilməsi;Veb-saytlardakı mətn və vizual materialların mütəmadi yenilənməsi;Sayt və sosial media kontentinin əlaqələndirilməsi;Google Analytics 4 və Google Search Console vasitəsilə sayt və rəqəmsal kanallar üzrə nəticələrin izlənilməsi;Sosial media, sayt və reklam nəticələri üzrə aylıq analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;Nəticələrə əsasən şirkətlərin rəqəmsal marketinq fəaliyyətinin inkişafı üçün yeni ideya və təkliflərin hazırlanması.
Tələblər:
SMM və Digital Marketing sahəsində praktiki iş təcrübəsi;Instagram, Facebook, TikTok və LinkedIn platformalarının peşəkar idarə edilməsi bacarığı;Meta Ads Manager ilə praktiki və sərbəst işləmək bacarığı;Google Ads və TikTok Ads üzrə praktiki bilik və təcrübə;Qrafik dizayn bacarığı;Canva, Adobe Photoshop və digər dizayn proqramlarından istifadə bacarığı;Video çəkiliş və montaj bacarığı;CapCut, Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı;Süni intellekt əsaslı video, vizual və kontent hazırlama alətlərindən istifadə bacarığı;WordPress və ya digər CMS sistemlərində məlumat və xəbərlərin yerləşdirilməsi bacarığı;SEO üzrə ilkin biliklərin olması;Google Analytics 4 və Google Search Console ilə işləmək bacarığı üstünlükdür;Reklam nəticələrini və statistik göstəriciləri analiz etmək, müqayisə aparmaq və nəticə çıxarmaq bacarığı;Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;Kreativlik, məsuliyyətlilik, operativlik və nəticəyönümlü yanaşma.Müraciət qaydasıMaraqlanan namizədlərdən CV ilə yanaşı portfolio təqdim etmələri xahiş olunur.Portfolioda aşağıdakı nümunələrin olması üstünlükdür:İdarə etdiyi sosial media səhifələri;Hazırladığı dizayn və vizual materiallar;Çəkdiyi və montaj etdiyi video/Reels nümunələri;AI vasitəsilə hazırladığı kontent nümunələri;İdarə etdiyi reklam kampaniyaları və əldə etdiyi nəticələr.
Mail : [email protected]
Mobil nomre : +994 51 631 51 11Qeyd: Biz yalnız sosial şəbəkələrdə paylaşım edən SMM mütəxəssisi deyil, şirkətlərimizin rəqəmsal marketinq fəaliyyətini kompleks şəkildə idarə edə, reklam nəticələrini analiz edə və real biznes nəticələrinin yaxşılaşdırılmasına töhfə verə biləcək əməkdaş axtarırıq.Xanım namizədlərə üstünlük verilir.
Maaş: 800 - 1200 ₼
Son müraciət: 29/10/2026
Bənzər elanlar






Ceyhun bey









