Prayk

Əsas vəsaitlərin uçotu üzrə mühasib

Razılaşma yolu ilə
Yoxlanılıb3 həftə əvvəl
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№1763516

Təsvir

“A+CO” ASC “Əsas vəsaitlərin uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri: Əsas vəsaitlərin və QMA-in alışı və balans dəyərini formalaşdıran xərclərin uçotu; Əsas vəsaitlərin istismara verilməsi,yerdəyişməsi,məsul şəxslərin adına təhkim olunması və çıxarılması,silinməsi əməliyyatlarının icrası; Kapital məsrəflərinin (CAPEX) uçotunun aparılması; Əsas vəsaitlərin amortizasiya xərclərinin hesablanması və uçotda əks etdirilməsi; Əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək,nəticələrin təhlili və araşdırılması; Əsas vəsaitlər üzrə dövri hesabatların hazırlanması; Mövcud prosedurların təkmilləşdirilməsi və proseslərin prosedur üzrə icra olunmasına nəzarət olunması; Tələblər: Ali təhsil  (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq); Əsas vəsaitlərin uçotu üzrə minimum 1 il iş təcrübəsi; Program bilikləri (Logo tiger və Microsoft office); F3 sertifikatı və İAS 16 üzrə təcrübəsi olanlara üstünlük veriləcək. İş şəraiti: İş yeri: Xırdalan şəhəri; İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük; Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur. Əmək haqqı  - Bilik və bacarıqlara uyğun təyin olunacaq Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əsas vəsaitlərin uçotu üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. Son müraciət tarixi: 07.10.2026

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


BakıDünən 12:34
Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


Bakı29.09.2026