Gəlirlər üzrə aparıcı mühasib
Gəlirlər üzrə aparıcı mühasib
Razılaşma yolu ilə
Yoxlanılıb3 həftə əvvəl
Tarix
Nömrə№1891954
Təsvir
Təsvir
Ticari kontragentlər üzrə verilmiş bonus gəlirlərinin hesablanmasını və sistemə inteqrasiyasını həyata keçirmək
Hesablanmış bonusların müvafiq olaraq müqavilə və ya təsdiq maili ilə üzləşdirmək və nəzarətdə saxlamaq
Şirkət gəlirlərinin (tədarükçü bonusları) şöbələr, kateqoriyalar və projelər üzrə bölgüsünü və uçotunu aparmaq
Gəlirlərin təsdiq sənədləri və müqavilələri aidiyyəti strukturlardan qəbul etmək, yoxlamaq və qarşılıqlı üzləşmək
Gəlirləri icra tarixlərinə uyğun olaraq aylar üzrə sistemdə düzgün əks etdirmək
Kontragentlər ilə debitor üzləşmələri aparmaq
Hesablar üzrə qalıqların düzgünlüyünə nəzarət etmək.
Gündəlik debitor borc yaşlanmasını izləmək və yığımları kontrolda saxlamaq
Gəlirlərin analizlərini aparmaq, yaranan problemləri vaxtında aradan qaldırmaq və ya rəhbərliyə məlumat vermək
Mühasibat uçotu ilə bağlı sənəd dövriyyəsini təşkil etmək və sənədləşməni düzgün aparmaq
Aylıq olaraq struktur üzrə qoyulan hədəflərə çatılmasına nəzarət etmək
Müqavilə şərtləri üzrə bonusların proqnoz və simulyasiyasını həyata keçirmək
İş qrafiki: 5 günlük, 09:00- 18:00
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə)
Müvafiq sahədə 2 il iş təcrübəsi(Pərakəndə satış (Retail), FMCG və ya distribusiya sektorunda təcrübə üstünlük hesab olunur)
MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə işləmə bacarığı
ERP sistemləri (SAP, Logo, və ya analoji platformalar) ilə işləmək bacarığı
ACCA F3/FA üzrə bilik və ya sertifikat (üstünlükdür)
Analitik düşünmə, məsuliyyətli yanaşma və detallara diqqət
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat xidməti
Təlim İmkanları
Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 09.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/oba-marketler-shebekesi-gelirler-uzre-aparici-muhasib-150755