Təsvir
İdxal və ixrac yüklərinə aid sənədləri gömrük rəsmiləşdirilməsindən əvvəl yoxlamaq;
İnvoys, “packing list”, CMR, konosament və digər müşayiətedici sənədlər arasındakı məlumatların uyğunluğunu təmin etmək;
Qısa idxal və elektron gömrük bəyannamələrinin hazırlanmasını və təqdim edilməsini təşkil etmək;
Gömrük dəyərinin, gömrük ödənişlərinin və vergilərin hesablanmasında iştirak etmək;
Elektron gömrük xidmətləri vasitəsilə rəsmiləşdirmə əməliyyatlarını həyata keçirmək;
Gömrük orqanlarının sorğu və tələblərinin vaxtında icrasını təmin etmək;
Gömrük rəsmiləşdirilməsi zamanı yaranan uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək;
Yüklərin sərhəd-keçid məntəqəsindən keçidini və rəsmiləşdirilmə prosesini izləmək;
Sürücülər, daşıyıcılar, gömrük nümayəndələri və aidiyyəti struktur bölmələrlə operativ əlaqə saxlamaq;
Tələblər
Ali təhsil: Gömrük işi, logistika, nəqliyyat, iqtisadiyyat, beynəlxalq ticarət və ya əlaqəli ixtisas üzrə təhsil üstünlükdür;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Gömrük prosedurları və idxal-ixrac əməliyyatları üzrə biliklər;
Elektron gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə;
İnvoys, “packing list”, CMR, konosament və digər yük sənədləri ilə işləmək bacarığı;
Gömrük ödənişlərinin, vergilərin və gömrük dəyərinin hesablanması barədə biliklər;
Microsoft Excel, 1C və elektron gömrük xidmətlərindən istifadə bacarığı;
Azərbaycan dilini səlis, rus dilini orta və ya yaxşı səviyyədə bilmək;
İngilis dilini orta səviyyədə bilmək üstünlükdür;
Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativ kommunikasiya bacarığı;
Gömrük işi və idxal-ixrac əməliyyatları üzrə sertifikatların olması üstünlükdür;
İş prosesində gömrük məntəqələrinə və terminallara operativ səfərlər tələb olunduğundan şəxsi avtomobilinin olması üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 24.10.2026