İdxal və ixrac yüklərinə aid sənədləri gömrük rəsmiləşdirilməsindən əvvəl yoxlamaq;İnvoys, “packing list”, CMR, konosament və digər müşayiətedici sənədlər arasındakı məlumatların uyğunluğunu təmin etmək;Qısa idxal və elektron gömrük bəyannamələrinin hazırlanmasını və təqdim edilməsini təşkil etmək;Gömrük dəyərinin, gömrük ödənişlərinin və vergilərin hesablanmasında iştirak etmək;Elektron gömrük xidmətləri vasitəsilə rəsmiləşdirmə əməliyyatlarını həyata keçirmək;Gömrük orqanlarının sorğu və tələblərinin vaxtında icrasını təmin etmək;Gömrük rəsmiləşdirilməsi zamanı yaranan uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək;Yüklərin sərhəd-keçid məntəqəsindən keçidini və rəsmiləşdirilmə prosesini izləmək;Sürücülər, daşıyıcılar, gömrük nümayəndələri və aidiyyəti struktur bölmələrlə operativ əlaqə saxlamaq;
Tələblər:
Ali təhsil: Gömrük işi, logistika, nəqliyyat, iqtisadiyyat, beynəlxalq ticarət və ya əlaqəli ixtisas üzrə təhsil üstünlükdür;Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;Gömrük prosedurları və idxal-ixrac əməliyyatları üzrə biliklər;Elektron gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə;İnvoys, “packing list”, CMR, konosament və digər yük sənədləri ilə işləmək bacarığı;Gömrük ödənişlərinin, vergilərin və gömrük dəyərinin hesablanması barədə biliklər;Microsoft Excel, 1C və elektron gömrük xidmətlərindən istifadə bacarığı;Azərbaycan dilini səlis, rus dilini orta və ya yaxşı səviyyədə bilmək;İngilis dilini orta səviyyədə bilmək üstünlükdür;Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativ kommunikasiya bacarığı;Gömrük işi və idxal-ixrac əməliyyatları üzrə sertifikatların olması üstünlükdür;İş prosesində gömrük məntəqələrinə və terminallara operativ səfərlər tələb olunduğundan şəxsi avtomobilinin olması üstünlükdür.
Vakansiya növü: Tam ştat
Şirkət: Baku Steel Company
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/bakusteel/bakusteel-gomruk-emeliyyatlari-uzre-kicik-mutexessis-mutexessis-65793376/apply