Əsas vəzifə öhdəlikləri:
Şirkətin mövcud vakansiyaları üzrə namizədlərin axtarışını və seçim prosesini həyata keçirmək;
Müəssisənin işçi ehtiyacının müəyyən edilməsi, vakansiyalar üzrə elanların hazırlanması, işçi axtarışı ilə bağlı effektiv kanalların müəyyən edilməsi;
Müsahibələrin təşkili və həyata keçirilməsi, şirkətin korporativ dəyərlərinə uyğun namizədlərin işə qəbulunun icra edilməsi və nəticələrlə bağlı namizədlərin məlumatlandırılması;
Yeni işə qəbul olunan əməkdaşların adaptasiya proqramlarının idarəedilməsi;
İşdən azad prosesinin idarəedilməsi, işdən çıxış müsahibələrinin aparılması, nəticələrin hesabatlaşdırılması və mütəmadi yaxşılaşdırma həllərinin verilməsi;
Nizam-intizam proseslərinin idarəedilməsi,
Müəsissə üzrə işçi heyətinin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
İş analizi proseslərinin aparılması və İR planlama modulu üzrə digər fəaliyyətlərin idarəedilməsi
İşçilərin fəaliyyət və səriştə qiymətləndirilməsi proseslərində iştirak edilməsi, qiymətləndirmə nəticələrinə uyğun inkişaf planlarının hazırlanması;
İR metrikləri üzrə fəaliyyətlərin tənzimlənməsi, müvafiq hesabatların təqdim edilməsi;
Müasir İnsan Resursları modullarını üzrə proseslərin icra edilməsi;
Əsas tələblər, ehtiyac olunan bilik və bacarıqlar:
Müasir İnsan Resursları üzrə biliklər;
AR Əmək qanunvericiliyi bilikləri;
Analitik düşünmə qabiliyyəti;
Güclü kommunikasiya və təşkilati bacarıqlar;
Araşdırma və problem həlletmə qabiliyyəti;
MS Office proqramlarından istifadə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment, Psixologiya və ya İnsan Resursları sahələri üzrə);
İş təcrübəsi: Minimum 1 il (Restoran və ya Retail sahəsi üzrə təcrübə arzuolunandır)
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00–18:00;
İş yeri: Bakı, Nərimanov ray., Aşıq Molla cümə (Office Centre)
Dinamik və peşəkar iş mühiti;
Şirkət hesabına korporativ nömrə;
Karyera və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Biznes Tərəfdaş” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/shaurma-n1-insan-resurslari-uzre-biznes-terefdas-151002