Şirkətimizə müştərilərlə ünsiyyət qurmağı bacaran, satış yönümlü və aktiv Ofis Meneceri axtarılır.
İş şəraiti
İş qrafiki: 5 günlük, 09:00–18:00
Əməkhaqqı: Rəqabətli əmək haqqı
İş yeri: Microtech MMC
Əsas vəzifələr:
Müştərilərin qarşılanması və məlumatlandırılması;
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul/xidmətin təqdim edilməsi;
Satışların həyata keçirilməsi və potensial müştərilərlə mütəmadi əlaqənin saxlanılması;
Müştəri bazasının və müraciətlərin qeydiyyatının aparılması;
Ofisin gündəlik inzibati işlərinin təşkili;
Rəhbərliyin verdiyi tapşırıqların vaxtında icrası.
Tələblər:
Güclü ünsiyyət və satış bacarığı;
Müştəriyönümlü və nəticə fokuslu yanaşma;
Aktiv, məsuliyyətli və operativ olmaq;
Danışıqlar aparmaq və inandırmaq bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Satış və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür;
Marketinq, Biznesin idarə edilməsi, Menecment və İqtisadiyyat ixtisasları üstünlükdür.
Şirkət tərəfindən təqdim olunan imkanlar:
Stabil iş mühiti;
Push30 üzvlüyü – fitness və sağlam həyat tərzi imkanlarından istifadə;
Paşa Könüllü Tibbi Sığorta;
Peşəkar və dəstəkləyici komanda;
Karyera inkişafı və təlim imkanları.
Maraqlanan namizədlər CV-lərini “Ofis Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 10.10.2026