Prayk

İT Satış Meneceri

1 200 ₼
Yoxlanılıb3 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Nömrə
№1814911

Təsvir

Korporativ İT Satış Meneceri / B2B IT Sales Manager “Yeni Texnologiyalar” MMC komandamıza korporativ İT satışları istiqamətində təcrübəli və nəticəyönümlü İT Satış Meneceri axtarır. 💰 Əməkhaqqı: 1200–2000 AZN + satış nəticələrinə əsasən bonuslar Maaş namizədin İT sahəsində bilikləri, satış təcrübəsi və kompetensiyalarına əsasən müəyyən ediləcək. CV: [email protected] WhatsApp: +994 50 408 77 87 Müraciət zamanı mövzu hissəsində “İT Satış Meneceri” qeyd edilməsi xahiş olunur. Tələblər: B2B və ya korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi; İT satışlarında təcrübə ciddi üstünlükdür; Kompüter, noutbuk, printer, server, şəbəkə avadanlıqları və digər İT məhsulları haqqında ümumi bilik; İT məhsullarının texniki xüsusiyyətlərini anlamaq və müştəri tələbinə uyğun məhsul seçmək bacarığı; Kommersiya təklifləri hazırlamaq və qiymətlərlə işləmək bacarığı; Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı; Yeni müştəri cəlb etmək və satış imkanlarını nəticəyə çevirmək bacarığı; Korporativ yazışma və işgüzar kommunikasiya bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı; CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür; Azərbaycan dili – sərbəst; Rus dili biliyi arzuolunandır; İngilis dili – texniki sənədləri anlama səviyyəsində üstünlükdür; Aktiv, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq. Üstünlük veriləcək namizədlər İT avadanlıqları və sistem inteqrasiyası sahəsində satış təcrübəsi olan; Korporativ və dövlət sektorunda müştərilərlə işləyən; Tender və satınalma prosesləri ilə tanış olan; Vendor və distribütorlarla işləmək təcrübəsi olan; Mövcud korporativ müştəri əlaqələrinə malik olan namizədlər. Vəzifə öhdəlikləri: Korporativ müştərilərə İT məhsul və həllərinin B2B satışı; Yeni potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması; Mövcud müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin inkişaf etdirilməsi; Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun İT həllərinin təklif olunması; Müştərilərlə görüş və təqdimatların keçirilməsi; Kommersiya və qiymət təkliflərinin hazırlanması; Tender, kotirovka və korporativ satınalma sorğularının satış tərəfdən idarə olunması; İT avadanlıqları üzrə texniki tələblərin ilkin təhlili və uyğun məhsulların seçilməsi; Distribütor və vendorlarla məhsul, qiymət və mövcudluq üzrə kommunikasiya; Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə olunması; Satış planlarının və müəyyən edilmiş KPI-ların yerinə yetirilməsi; Müştəri bazasının və satış imkanlarının CRM sistemində idarə olunması; Bazarın, rəqiblərin və yeni İT həllərinin izlənilməsi. Maaş: 1200-2000 AZN Yaş: 22-40 İş təcrübəsi: 1 ildən 3 ilə qədər