Prayk
İtkin qız — Kitablar və jurnallar, Bakı
8.07 ₼

İtkin qız

SatılırYoxlanılıbİşlənmişBu gün
Şəhər
Bakı
Tarix
Nömrə
№3555016

Təsvir

"İngilis ədəbiyyatı müəllimi Leda illərini işinə və iki qızına həsr etmiş, orta yaşlarında bir qadındır. Qızları böyüyüb Kanadada yaşayan atalarının yanına köçəndə Leda ilk dəfə uzun illərdən sonra heç kim və heç nə üçün cavabdeh olmadığının fərqinə varır, gözlənilməz olduğu qədər yeni də olan bu hisslər onu ağuşuna alır: yüngüllük və azadlıq. Bundan güc alaraq İtaliyanın cənubunda, dəniz kənarında uzun bir yay tətili keçirməyə qərar verir. Günlərini günəşlənməklə, üzməklə, kitab oxumaqla və yarımçıq işlərini tamamlamaqla keçirmək istəyir. Ancaq sakit başlayan bu tətil getdikcə izaholunmaz bir narahatlığın kölgəsində qalır… Sahildə qarşılaşdığı bir ailə – Nina və balaca qızı Elena təsadüfən Ledanın həyatına daxil olur və onun qurduğu sakit nizamı alt-üst edir. Gənc ana ilə qızı arasındakı münasibət Ledanın yaddaşında illərdir ki, susdurduğu xatirələri oyadır. Elena Ferrante analığın toxunulmazlıq mifini dağıdır və bizi etiraf etməyə cəsarət etmədiyimiz hisslərlə üz-üzə qoyur. Analıq haqqında bizə öyrədilən bütün gözəl hekayələrin arxasında hansı hisslər gizlənir? Bir qadın ana olmamışdan əvvəl kim idi və ana olduqdan sonra özündən nə qədər uzaqlaşa bilər? ""Ferrantenin əsərləri sanki indiyədək heç kimin demədiyi bir şeyi söyləyir – bunun nə olduğunu dəqiq ifadə etmək asan deyil, lakin o bunu elə cəlbedici və valehedici şəkildə edir ki, zaman və məkan sanki yoxa çıxır, gündəlik məşğuliyyətlər bir kənara itələnir və bəzən yuxu da ərşə çəkilir"". – Joanna Biggs, The London Review of Books" Müəllif: ELENA FERRANTE Nəşriyyat: Nebula Dil: AZE Cild: Yumşaq

Elanın mənbəyi

Orijinal elanı aç

© libraff.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Hamısına bax
Othello — Bakı
Libraff.az
10.96 ₼

Othello


BakıBu gün 15:06