
İtlər və pişiklər üçün iltihabəleyhinə göz və qulaq damcıları, Kombixels 10 ml
Təsvir
Kombihels
Kombihels pişik və itlərdə göz və qulaqların infeksion-iltihabi xəstəliklərinin effektiv müalicəsi üçün hazırlanmış müasir kombinə olunmuş preparatdır. Tərkibində güclü antibakterial komponent – siprofloksasin və güclü iltihabəleyhinə vasitə – deksametazon birləşdirilmişdir. Bu aktiv maddələrin kombinə olunmuş təsiri infeksiyanı sürətlə aradan qaldırır, iltihabı azaldır və ev heyvanlarının rahatlığını bərpa edir.
Tərkibi
1 ml preparatın tərkibində:
Siprofloksasin hidroxlorid – 0,0035 q
Deksametazon – 0,001 q
İstifadə sahəsi
Preparat aşağıdakı hallarda pişik və itlərdə istifadə olunur:
Siprofloksasinə həssas mikroorqanizmlərin törətdiyi göz və qulaq infeksion-iltihabi xəstəliklərinin müalicəsində;
Gözün ön şöbəsinin bakterial infeksiya ilə ağırlaşmış allergik proseslərində;
Əməliyyatdan sonrakı dövrdə iltihabın profilaktikası və müalicəsi məqsədilə.
İstifadə qaydası və dozası
Preparat konyunktival kisəyə və ya qulaq keçəcəyinə hər dəfə 1–2 damcı, gündə 2–3 dəfə damızdırılır.
Müalicə müddəti adətən 2–3 həftəni keçmir. Müalicənin davametmə müddəti preparatın effektivliyinə, xəstəliyin klinik əlamətlərinə və mümkün yan təsirlərin yaranma ehtimalına əsasən baytar həkim tərəfindən müəyyən edilir.
Elanın mənbəyi
Orijinal elanı aç© birmarket.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
