İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
Xammal, yardımçı maddələr və hazır məhsulların fiziki-kimyəvi analizlərini həyata keçirmək;
Analiz nəticələrini vaxtında qeydiyyata almaq, təhlil etmək və hesabat təqdim etmək;
Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
Laboratoriya cihazlarının kalibrasiyası və yoxlanılmasını həyata keçirmək;
Laboratoriya üçün zəruri məhlul, reaktiv və indikatorları hazırlamaq və nəzarətdə saxlamaq;
Reaktiv və kimyəvi maddələrin saxlanmasına, sərfiyyatına və uçotuna nəzarət etmək;
Laboratoriya sənədlərinin, analiz nəticələrinin və qeydlərin düzgün aparılmasını təmin etmək;
Akkreditasiya və keyfiyyət idarəetmə sistemi ilə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
Namizədə tələblər:
Ali təhsil (Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində)
Minimum 1 il iş təcrübəsi
Exel, Word, Outlook proqramları üzrə biliklər
Azərbaycan dili (əla), rus dili (orta) bilikləri
Müxtəlif metodlarla analizlər aparmaq və nəticələri müqayisə edə bilmək
Nümunə götürmə qaydalarını bilmək
Müxtəlif reaktivlərin hazırlanması və faktor hesablamalarını apara bilmək
Laboratoriya cihazlarının istifadəsi, kalibrlənməsi və yoxlanılması üzrə biliklər
ISO 17025 standartlarının əsas prinsiplərini bilmək
Analitik düşüncə və yüksək məsuliyyətlilik.
İş Qrafiki: Dəyişkən növbəli iş rejimi
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
Nahar
Servis
Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Laborant” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 04.10.2026