
Laborant -Kimyaçı
Laborant -Kimyaçı
Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Tarix
Nömrə№3613386
Təsvir
SGS dünyanın aparıcı inspeksiya, yoxlama, sınaq və sertifikatlaşdırma şirkətidir. Biz davamlılıq, keyfiyyət və dürüstlük sahəsində qlobal etalon kimi tanınırıq. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 2600 ofis və laboratoriyadan ibarət şəbəkəmizdə 99 600 əməkdaş çalışır.
Harada olmağınızdan və hansı sənaye sahəsində fəaliyyət göstərməyinizdən asılı olmayaraq, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ekspertlərimiz biznesinizin daha sürətli, sadə və səmərəli şəkildə inkişaf etməsinə kömək edən ixtisaslaşmış həllər təqdim edirlər.
SGS Azerbaijan MMC neft, neft məhsulları, kimyəvi maddələr və mineral gübrələrdən nümunələrin götürülməsi üzrə fəaliyyət göstərəcək laborant-kimyaçı vəzifəsinə əməkdaş axtarır.
Əsas vəzifə öhdəlikləri
Laboratoriyada kimyəvi analizlərin və digər laboratoriya işlərinin həyata keçirilməsi;
Laboratoriya avadanlıqları və cihazlarından istifadə edilməsi;
Analiz nəticələrinin düzgün və dəqiq şəkildə qeydiyyata alınması;
Laboratoriya prosedurlarına, təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət edilməsi;
İş qrafikinə və müəyyən edilmiş növbəli iş rejiminə uyğun fəaliyyət göstərilməsi.
Namizədə tələblər
Yaş həddi: 18–60 yaş
Kimya, kimya mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil mütləqdir;
Laboratoriyada əvvəlki iş təcrübəsinin olması arzuolunandır, xüsusilə neft və ya neft-kimya laboratoriyasında təcrübə üstünlükdür;
İş təcrübəsi olmayan, lakin müvafiq ali təhsilə malik namizədlər də nəzərdən keçirilə bilər;
İşə məsuliyyətli və diqqətli yanaşma;
Yeni bilik və bacarıqları öyrənmək və inkişaf etdirmək istəyi;
Laboratoriya cihazları ilə işləmək bacarığı və müxtəlif laboratoriya avadanlıqlarından istifadəni öyrənməyə hazırlıq;
Azərbaycan və rus dillərini bilmək mütləqdir;
İngilis dili biliyi arzuolunandır;
Yaxşı ünsiyyət bacarığı və komanda ilə işləmək qabiliyyəti;
Laboratoriya təhlükəsizliyi və əməyin mühafizəsi tələblərinə riayət etmək;
İş yerində istifadə olunan kimyəvi maddələrə və laboratoriya reagentlərinə məlum allergiyanın olmaması;
Gecə növbələrində və növbəli iş qrafiki üzrə işləməyə hazır olmaq;
Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması arzuolunandır.
Əmək şəraiti
Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək
İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 12.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/sgs-laborant-kimyaci-152802
Bənzər elanlar




Razılaşma yolu ilə
Çörək və Un Məmulatları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri
BakıDünən 18:40










