
Lənkəran və Sabirabad bölgələri üzrə Bölgə Müdiri
Lənkəran və Sabirabad bölgələri üzrə Bölgə Müdiri
2 500 ₼
Yoxlanılıb3 gün əvvəl
Təsvir
İş şəraiti
Şirkət: FAB Group / OMİD MMC
İş qrafiki: Həftənin 6 günü, 08:00 – 17:00
Əməkhaqqı: 2500 AZN (yemək, yanacaq və amortizasiya xərcləri daxildir) + nəticəyə əsaslanan bonus sistemi
Əsas vəzifə öhdəlikləri:
Şirkətin məhsul və xidmətlərini müştərilərə peşəkar şəkildə təqdim etmək;
Satış nümayəndələrindən ibarət komandanın fəaliyyətini planlamaq, onları motivasiya etmək və nəticələrə nəzarət etmək;
Mövcud müştəri bazasını inkişaf etdirmək və müştəri məmnuniyyətini qorumaq;
Satış proseslərinin təhlilini və sənədləşmənin idarə edilməsini təmin etmək;
Həftəlik və aylıq satış hesabatlarını vaxtında hazırlamaq;
Müştəri debitor borclarını izləmək və ödənişlərin vaxtında daxil olmasını təmin etmək;
Komanda daxilində iş proseslərinin səmərəli təşkilini və planlaşdırılmasını həyata keçirmək.
Namizədə olan tələblər:
Şəxsi avtomobilin olması mütləq şərtdir;
Yaş həddi: 25 – 45;
Satış sahəsində ən azı 5 il iş təcrübəsi;
Komanda idarəçiliyi və bölgə satış meneceri vəzifəsində təcrübənin olması üstünlükdür;
Yüksək liderlik və komandanı idarəetmə bacarığı;
Özünü inkişaf etdirməyə meylli və nəticəyönümlü yanaşma;
Dəqiqlik, intizam və işə məsuliyyətli münasibət;
Satış göstəricilərini təhlil etmək və analitik məlumatlara əsaslanaraq fəaliyyət planları qurmaq bacarığı;
Vaxtı düzgün idarə etmək və tapşırıqlar arasında prioritetləri müəyyənləşdirmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Bölgə Müdiri – Lənkəran/Sabirabad" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/192886/lenkeran-ve-sabirabad-bolgeleri-uzre-bolge-mudiri
Bənzər elanlar













400 ₼
Satış məsləhətçisi tələb olunur, İstənilən yaş, 1 ildən az təcrübə, Aylıq ödəniş
BakıDünən 21:14


Sabir bəy