Prayk
Marketinq şöbəsinin rəhbəri — Marketing, reklam, PR
Razılaşma yolu ilə

Marketinq şöbəsinin rəhbəri

YoxlanılıbBu gün
Tarix
Nömrə
№3542455

Təsvir

Barattson  “Marketinq şöbəsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir: Əsas vəzifə öhdəlikləri: Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq; Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması; SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam  kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması; AI və müasir marketinq alətlərindən istifadə etməklə marketinq proseslərinin effektivliyinin artırılması; Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə  olunması; Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi; Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması; Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək; Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək; Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək; Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq; PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili; Marketinq komandasını  peşəkarcasına idarə etmək və kreativ  mühit yaratmaq; Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Əsas tələblər: Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır); Marketinq menecer/rəhbər üzrə ən azı 5 il iş təcrübəsi; Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı; Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili mükəmməl; Strateji düşünmə və analitika bacarığı; Çevik işləmək bacarığı. Əmək haqqı:  Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır. İş qrafiki: 5 iş günü, saat 10:00 – 19-00 Namizədlərdən CV formaların Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq şöbəsinin rəhbəri” qeyd olunmaqla göndərməkləri xahiş olunur. Son müraciət tarixi: 01.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Barattson jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.