Prayk
Metal konstruksiya üzrə mühəndis — Sənaye, istehsal, Bakı
Razılaşma yolu ilə

Metal konstruksiya üzrə mühəndis

YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Nömrə
№3636528

Təsvir

İş haqqında məlumat: Core Construction MMC komandamıza metal konstruksiyaların layihələndirilməsi, istehsalı və montaj proseslərinin koordinasiyası üzrə çalışacaq *Metal Konstruksiya üzrə Mühəndis* axtarır.Vəzifə öhdəlikləriMetal konstruksiyaların layihələndirilməsi və konstruktiv həllərin hazırlanmasında iştirak etmək;Metal konstruksiyaların texniki və konstruktiv hesablamalarını aparmaq;Metal konstruksiya üzrə işçi çertyojların və texniki sənədlərin hazırlanmasını təmin etmək;Layihə çertyojlarını təhlil etmək və texniki uyğunsuzluqları müəyyən etmək;Metal konstruksiyaların istehsal və montaj proseslərinə texniki nəzarət etmək;İstehsalat və tikinti sahəsində konstruksiyaların layihəyə uyğunluğunu yoxlamaq;Montaj zamanı yaranan texniki məsələləri araşdırmaq və konstruktiv həllər təqdim etmək;Sütun, tir, ferma, proqon, karniz, navalça və digər metal konstruksiya elementlərinin quraşdırılmasına texniki nəzarət etmək;Birləşmələrin, qaynaq işlərinin, bolt birləşmələrinin və digər konstruktiv elementlərin layihəyə uyğunluğunu yoxlamaq;Metal konstruksiyaların ölçülərinin, oxlarının, səviyyələrinin və geometrik uyğunluğunun yoxlanılmasında iştirak etmək;Material spesifikasiyalarının və metal sərfinin hazırlanmasına nəzarət etmək;Materialların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;Podratçı, istehsalat və montaj briqadaları ilə koordinasiyalı işləmək;Layihə rəhbəri və digər mühəndislərlə mütəmadi koordinasiya aparmaq;Görülən işlərin həcmi və icra vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək;Aşkar edilmiş texniki uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək və onların aradan qaldırılmasını koordinasiya etmək. Tələblər: İnşaat mühəndisliyi, metal konstruksiyalar, mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;Metal konstruksiyalar üzrə minimum *2 il iş təcrübəsi*;Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki bilik;İşçi çertyojları oxuma və texniki sənədləri təhlil etmə bacarığı;AutoCAD proqramında sərbəst işləmək;Tekla Structures, Advance Steel, Revit, SAP2000, ETABS və ya digər müvafiq proqramlarla işləmək bacarığı üstünlükdür;Metal konstruksiyalarda qaynaq və bolt birləşmələri barədə praktiki bilik;Metal profillər, material markaları və konstruktiv elementlər üzrə bilik;Tikinti norma və standartları barədə məlumatlı olmaq;MS Office, xüsusilə *Excel və Word* proqramlarında işləmək bacarığı;Texniki hesabat və spesifikasiyalar hazırlamaq bacarığı;Analitik düşüncə və texniki problemləri operativ həll etmək qabiliyyəti;Tikinti sahəsində işləməyə və mütəmadi sahə baxışlarında iştirak etməyə hazır olmaq;Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı.İş şərtləriİş rejimi: Tam iş günüİş yeri: Bakı şəhəri / tikinti layihələriƏmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.Biz nə təklif edirik?Peşəkar və dinamik iş mühiti;Böyükhəcmli tikinti layihələrində iştirak imkanı;Peşəkar inkişaf və karyera imkanları;Komanda daxilində əməkdaşlıq və inkişaf mühiti; Maaş: Ə/h razılaşma ilə Son müraciət: 16/10/2026