Təsvir
Təşkilatın daxili qayda, prosedur və təlimatlarının işlənilməsi, təkmilləşdirilməsi və aktuallaşdırılması;
Biznes proseslərinin təhlili, xəritələnməsi və optimallaşdırılması;
Yeni məhsul və xidmətlər üzrə normativ-metodoloji bazanın formalaşdırılması;
Aidiyyəti strukturlarla (Biznes, Risk, Hüquq, İT) sənədlərin razılaşdırılması və reyestrinin aparılması;
Qanunvericilik və tənzimləyici qurumların tələblərinə uyğunluğun təmin edilməsi.
Tələblər
İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Hüquq və ya oxşar sahədə ali təhsil;
Metodologiya, biznes proseslərinin optimallaşdırılması və ya daxili nəzarət sahəsində minimum 2 il təcrübə;
Bank və ya BOKT sahəsində təcrübənin olması mütləqdir;
Daxili normativ sənədlərin tərtibi və peşəkar yazı bacarığı;
Biznes proseslərinin modellasdırılması üzrə biliklər (MS Visio, ARIS və ya Bizagi);
Yüksək analitik təfəkkür, detallara diqqət və komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Korporativ Mühit
Yığım sığortasına qoşulma imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 25.10.2026