Prayk
Monitorinq analitika və optimallaşdırma üzrə Kiçik Mütəxəssis — Maliyyə, Bakı
Razılaşma yolu ilə

Monitorinq analitika və optimallaşdırma üzrə Kiçik Mütəxəssis

KopyaBu gün
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№3621684

Təsvir

Layihələrin başlanmasından tamamlanmasına qədər bütün layihə fəaliyyətlərinin hərtərəfli  planlanması, təşkili və monitorinqi üzrə işlərin aparılmasına dəstək;Resursları səmərəli şəkildə bölüşdürərək, layihənin əhatə dairəsinə, büdcəsinə və son tarixlərinə riayət olunmasına dəstək;Layihələrin təhlili üzrə analitik məlumatların toplanması, analiz edilməsi və rəy bildirilməsi üçün məlumatlar hazırlamaq;Maraqlı tərəflərin, o cümlədən müştərilər və daxili şöbələrin tələblərini başa düşmək, narahatlıqları həll etmək və layihənin məqsədlərinə uyğunluğu təmin etmək;Maraqlı tərəfləri məlumatlandırmaq, hər hansı problem və ya narahatlığı vaxtında və şəffaf şəkildə həll etmək üçün müntəzəm status hesabatların təqdim etmək;Təkmilləşdirmə imkanlarını müəyyən etmək üçün layihə performansını (Project Performance) və öyrənilən dərsləri (Lessons Learned) mütəmadi olaraq qiymətləndirmək;Layihə idarəedilməsi və monitorinqi ilə bağlı təlimatları hazırlamaq və dəyişdirmək ;Proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsinə dəstək;Proseslərdə inkişaf imkanlarını müəyyən etmək məqsədilə bençmarkları müəyyən etmək ;Keçirilən layihələrin monitorinq planına əsasən yoxlamalarını aparmaq;Dəyişikliklər barədə qərarın verilməsi üçün tələb olunan məlumatı toplamaq;Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması;Görülən işlərin qeydiyyatını aparmaq və təqdimatları hazırlamaq. Tələblər: Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;İş təcrübəsi (il və/və ya sahə olaraq) : Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;Texniki səriştələr: PMP, Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir;Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.;Dil bilikləri: İngilis dili (səlis), Rus (səlis);Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab. Vakansiya növü: Tam ştat Şirkət: PASHA Bank Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/pashabank/pashabank-monitorinq-analitika-ve-optimallasdirma-uzre-kicik-mutexessis-34152694/apply