Vəzifə öhdəlikləri:
Mühasibat və vergi uçotunun düzgün aparılması;
Gəlir və xərclərin, bank, POS-terminal və kassa əməliyyatlarının uçotu;
Vergi və digər məcburi ödənişlərin hesablanması, hesabatların vaxtında təqdim edilməsi;
Əməkdaşların işə qəbul, əmək müqaviləsi, dəyişiklik və xitam proseslərinin rəsmiləşdirilməsində iştirak;
Əməkdaşların iş günləri, davamiyyət, məzuniyyət və iş vaxtının uçotunun aparılması;
Aylıq əməkhaqqının, məzuniyyət və digər müvafiq ödənişlərin hesablanması;
Əməkhaqqı üzrə vergi və sığorta öhdəliklərinin hesablanması;
Elektron qaimə, müqavilə, akt və digər maliyyə sənədlərinin hazırlanması və sistemləşdirilməsi;
Aylıq maliyyə və əməkhaqqı hesabatlarının rəhbərliyə təqdim edilməsi.
Tələblər:
Xanım namizəd (yaş həddi: 23-40)
Müvafiq sahədə iş təcrübəsi, 1C, ƏMAS, e-taxes və digər elektron sistemlərlə işləmək bacarığı, əmək və vergi qanunvericiliyi üzrə bilik, yüksək dəqiqlik və məsuliyyət.
İş şəraiti
İş qrafiki: Həftənin 6 günü
Saat 14:00 – 21:00
Həftə ərzində 1 istirahət günü
Əmək haqqı: Müsabiqə əsasında təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 24.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/zumrud-idman-merkezi-muhasib-152071