Restoranlar şəbəkəmiz üçün TƏCİLİ peşəkar, məsuliyyətli və analitik düşüncəli Baş mühasib axtarırıq.
Vəzifə öhdəlikləri
Əməliyyat və satınalma komandaları ilə koordinasiya edərək proseslərin düzgün icrasını təmin etmək
Şirkətin bütün mühasibat uçotunun təşkili və idarə edilməsi;
Əmək haqqı, məzuniyyət və son haqq-hesab ödənişlərinin hesablanması və ödənilməsi
Dövlət orqanlarına təqdim olunan bütün məcburi (statistika və digər) hesabatların hazırlanması və təqdim edilməsi
ƏDV, mənfəət, ÖMV, DSMF və statistika hesabatlarının hazırlanması.
Bank əməliyyatlarının uçotu, bank üzləşmələrinin aparılması və pul vəsaitlərinin hərəkətinə nəzarət
Restoranların kassa, POS, bank, anbar və mal-material uçotuna nəzarət.
İnventarizasiyaların və məhsul itkilərinin/maya dəyərinin nəzarəti.
Debitor-kreditor borcların idarə edilməsi.
Aylıq maliyyə hesabatlarının və rəhbərlik üçün idarəetmə hesabatlarının hazırlanması.
Mühasibat komandasının idarə edilməsi və daxili maliyyə nəzarətinin qurulması.
Namizədə tələblər:
Maliyyə, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil
İiko proqramı (rkeeper) və Excel-i yüksək səviyyədə bilmək.
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi,
Restoran/iaşə sektorunda zı 3 il iş təcrübəsi üstünlükdür.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Payroll və mühasibat uçotu üzrə dərin bilik.
Vergi qanunvericiliyi üzrə biliklər
Peşəkar sertifikatlar üstünlükdür (ACCA, PMS və s.)
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı
İİKO proqramını bilmək mütləqdir
1C mühasibat proqramı ilə iş təcrübəsi
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili üstünlükdür)
Analitik düşüncə, təşkilatçılıq və problem həll etmə bacarıqları
Müstəqil işləmə, çoxsaylı tapşırıqları idarə etmə və sıx qrafiklə işləmə bacarığı
Biz nə təklif edirik?
Stabil və uzunmüddətli iş;
Peşəkar və inkişaf yönümlü komanda;
Rəqabətli əməkhaqqı;
Karyera və peşəkar inkişaf imkanları;
Şirkətin maliyyə idarəetmə sisteminin qurulmasında aktiv rol.
İş yeri: Bakı şəhəri, Səbail rayonu.
Əməkhaqqı: 2000 – 2500 AZN
Komandamıza tez qoşula biləcək namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 24.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/catering-145-group-bas-muhasib-152147