Prayk

Problemli Kreditlər şöbəsinin müdiri

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№3512755

Təsvir

“Azərbaycan Mikro-Kredit BOKT” ASC  Problemli Kreditlər şöbəsinin müdiri vəzifəsinə işçi qəbulu elan edir. Bölgə: Bakı İş günləri - Bazar ertəsi – Şənbə Tələblər: Ali təhsil; Kredit, problemli kreditlər, kollektor fəaliyyəti və ya bank/BOKT sektorunda minimum 3-5 il iş təcrübəsi; Komanda idarəetmə bacarığı; Analitik düşüncə və qərarvermə qabiliyyəti; Danışıqlar aparmaq və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Nəticəyönümlülük və məsuliyyətlilik. İşin təsviri: Problemli kreditlər portfelinin idarə olunması və nəzarətdə saxlanılması; Gecikmiş kreditlərin geri qaytarılması üzrə effektiv strategiyaların hazırlanması; Problemli kreditlər üzrə şöbənin fəaliyyətinin təşkili və əməkdaşların idarə edilməsi; Borcalanlarla danışıqların aparılması və ödənişlərin bərpası üzrə tədbirlərin görülməsi; Kredit portfelinin təhlili, risklərin müəyyənləşdirilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi; Məhkəmə və hüquqi prosedurlara yönləndirilən kreditlər üzrə aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi; Şöbənin müəyyən edilmiş KPI və hədəflərinə nail olunmasına nəzarət. Vakansiya ilə maraqlanan şəxslər CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Problemli Kreditlər şöbəsinin müdiri” qeyd etməklə göndərə bilər. Son müraciət tarixi: 30.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Azərbaycan Mikro Kredit BOKT jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.