Prayk
Qaçış trenajoru Ferro Multi-Functional Foldable Motorised Treadmill CHT355 — Mallar, Bakı
2 078 ₼

Qaçış trenajoru Ferro Multi-Functional Foldable Motorised Treadmill CHT355

SatılırYoxlanılıbİşlənmişDünən
Şəhər
Bakı
Kateqoriya
Mallar
Tarix
Nömrə
№3465662

Təsvir

Məhsul İtaliya brendidir. Həm evdə, həm də idman zalında istifadə üçün dizayn və istehsal olunmuşdur.Qaçış qurğusu fərqli forma və templərdə qaça bilməyiniz üçün proqramlaşdırılıb. Fasiləsiz işlədə bilməyiniz mümkündür. Qaçış qurğusu ilə qaçmaq niyə yaxşıdır? Qaçış qurğuları daha təhlükəsiz qaçış təmin edir. Açıq havada qaçış zamanı yaşayacağınız bel ağrılarını və stressi qaçış qurğuları ilə yaşamayacaqsınız. Belə olduqda sadəcə sizə qaçacağınız avadanlığı seçmək qalır. Belə qaçış qurğularından biri də Multi-Functional Foldable Motorised Treadmill CHT355-dir. 2.5 at gücündə mühərrikə sahib olan avadanlıq sizə saatda 16 kilometr sürətlə qaçmaq imkanı yaradır. Heç bir yıxılma, burxulma təhlükəsi və qorxusu olmadan rahatlıqla günün istənilən saatında qaça və formanızı qoruya bilərsiniz. Qaçış ən mükəmməl kardio məşqlərindən biri hesab olunur. Kardio məşqlərinin ən böyük üstünlüyü isə ürək-damar sağlamlığı üçün kifayət qədər faydalı olmalarıdır. Hər proqramda qaçacağınız müddət, məsafə və yandıracağınız kalori miqdarı əvvəldən hesablanıb. Qaçış çətinliyinizi artırmaq üçün avadanlıqda "Incline" seçimi mövcuddur. "Incline" nədir? Qaçış qurğusunda bu seçimi etdikdə, qaçış lentinin başlanğıcı nisbətən yüksəlməyə başlayır. Bu da bir növ yoxuş qalxırmışsınız kimi effekt yaradır. Ürək ritminiz sürətlənir, daha tez-tez nəfəs alırsınız və daha çox kalori yandırmış olursunuz. Multi-Functional Foldable Motorised Treadmill CHT355 qaçış qurğusunun "Incline" səviyyəsi 15 %-dir. Bu seçimdən daha çox faydalana bilmək üçün “Incline” faizini mərhələli şəkildə artırmağınız daha məqsədə uyğundur. Həmçinin sürət və "Incline" səviyyəsini rahatlıqla idarə edə biləcəyiniz ağıllı idarə paneli mövcuddur. Avadanlığın çox pəncərəli LED ekranı mövcuddur. Ekrandan qaçdığınız məsafəni, müddəti, yandırdığınız kalori miqdarını izləyə bilərsiniz. Qaçış qurğusunun internet və MP3 çıxışı mövcuddur. Avadanlığın götürə biləcəyi maksimum çəki 135 kiloqramdır. Qaçış qurğusu qatlana bilir və həm ev, həm də idman zalında istifadə üçün dizayn və istehsal olunub. Çəki: 73 kq. Maksimal çəki: 135 kq. Meyillilik: 0 - 15 %. Sürət: 1 - 16 km/s. Mühərrik: 2.5 At gücü. Qaçış lentinin ölçüsü: 130 x 46 sm. Monitor: Ürək ritmi ; Vaxt ; Sürət ; Nəbz ; Məsafə ; MP3 ; Kalori. Ölçülər: 192 x 78 x 137 sm. Ekranın növü: LED. Zəmanət: 1 il. İstehsalçı ölkə: Çin. Mənşə ölkəsi: İtaliya. Əlavə funksiyalar: Vibromasajor ; Ventilyator ; Qatlanan dizayn ; Nəqledici təkərlər ; Bluetooth.

Elanın mənbəyi

Orijinal elanı aç

© birmarket.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Hamısına bax