“Kaspi” Təhsil Şirkəti Qrafik/Motion Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
Minimum 2 il müvafiq sahədə iş təcrübəsi
Tələb olunan bilik və bacarıqlar:
Adobe proqramları üzrə (Photoshop, Illustrator, After Effects, Premiere Pro və s.) sərbəst işləmə bacarığı
Süni intellekt əsaslı dizayn və video həllərindən (Midjourney, Runway, Adobe Firefly və s.)effektiv istifadə təcrübəsi
Yaradıcı düşüncə, detallara diqqət və vaxtında təhvil vermə mədəniyyəti
Komanda daxilində işləmək bacarığı
Vəzifə öhdəlikləri:
Sosial media və rəqəmsal kontent
Sosial media platformaları üçün statik post, story & carousel dizaynlarının hazırlanması
Reels/TikTok/YouTube Shorts formatında qısa motion video və animasiyaların yaradılması
Kampaniya və elan (vakansiya, tədbir, qəbul kampaniyası) vizuallarının hazırlanması
Brend və marketinq materialları
Broşür, kataloq, banner, roll-up kimi çap materiallarının dizaynı
Brend təlimatına (brand guideline) uyğunluğun bütün materiallarda qorunması
Yeni kampaniyalar üçün vizual konseptlərin işlənib hazırlanması
Spesifik kontent
Dərs materialları, prezentasiya şablonları və infoqrafikaların dizaynı
Valideynlər üçün məlumatlandırıcı material və tədbir dəvətnamələrinin hazırlanması
Filiallar/kampuslar üçün naviqasiya, stend və interyer qrafik materiallarının dizaynı
Video və montaj
Tədbir, məzuniyyət, kampus turu kimi videoların montajı
Testimonial (rəy) videolarının redaktəsi
Səs və vizual sinxronizasiyası, subtitr əlavə edilməsi
Əməkdaşlıq və proses
Marketinq & Kommunikasiyalar komandası ilə birgə kontent təqviminə uyğun material istehsalı
Layihə üzrə rəy/redaktə dövrlərində iştirak və vaxtında təhvil
Süni intellekt alətlərindən istifadə
Süni intellekt alətləri ilə konsept generasiyası, ilkin variant yaratma və iş prosesinin sürətləndirilməsi
Süni intellekt ilə yaradılan materialların brend standartlarına uyğunlaşdırılması və son redaktəsi
İş şəraiti
İş saatları: I-V günlər, 08:00-17:00
İş yeri: Kaspi Təhsil Şirkəti – Baş ofis
Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 18.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/kaspi-tehsil-sirketi-qrafik-motion-dizayner-151619