Prayk
Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri — İnzibati personal, Bakı
Razılaşma yolu ilə

Rəqəmsal səriştələrin inkişafı üzrə aparıcı layihə meneceri

Yoxlanılıb4 gün əvvəl
Şəhər
Bakı
Tarix
Nömrə
№3394127

Təsvir

Şöbə tərəfindən həyata keçirilən rəqəmsal təhsil və istedad inkişafı layihələrinin effektiv icrasını təmin etmək; Rəqəmsal təhsil layihələrinin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək; Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək; Layihələrin həyata keçirilməsi prosesində tərəfdaş qurumlarla işgüzar əlaqələri dəstəkləmək və iclaslarda iştirak etmək; Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək; Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək; Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək; Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək; Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dertamentin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Tələblər: Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə); Təhsil layihələrinin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi; Layihə idarəetməsi üzrə beynəlxalq və ya yerli sertifikatlara malik olmaq zəruridir; MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yüksək səviyyədə bilmək; Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək, Rus dili arzuolunandır; Layihə idarə olunması üzrə əsas biliklərə malik olmaq; Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq; Effektiv kommunikasiya və ünsiyyət bacarığı, həmçinin tərəfdaşlarla düzgün münasibət qurmaq bacarığı; Operativlik və doğru qərarvermə bacarığı; Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti. Vakansiya növü: Tam ştat Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-reqemsal-seristelerin-inkisafi-uzre-aparici-layihe-meneceri-45089828/apply

Bənzər elanlar

Ofisiant — Bakı
Razılaşma yolu ilə

Ofisiant


BakıDünən 12:06