Prayk
SAP Abap proqramlaşdırılması üzrə aparıcı mütəxəssis — İT, telekommunikasiya, Bakı
Razılaşma yolu ilə

SAP Abap proqramlaşdırılması üzrə aparıcı mütəxəssis

YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Nömrə
№3650301

Təsvir

Funksional tələblərin texniki həllərə çevrilməsində iştirak etmək, texniki spesifikasiyaları hazırlamaq və ya nəzərdən keçirmək;WRICEF obyektlərinin (hesabatlar, interfeyslər, məlumat miqrasiyası proqramları, genişləndirmələr, formalar və iş axınları) texniki dizaynını qiymətləndirmək;Standart SAP funksionallığından kənar inkişaf ehtiyaclarını təhlil etmək və alternativ həllər üzrə texniki rəy vermək;Texniki həlləri SAP Clean Core, extensibility və gələcək yeniləmələrə uyğunluq prinsipləri baxımından qiymətləndirmək;Digər SAP modulları və xarici sistemlərlə inteqrasiya tələblərini texniki baxımdan nəzərdən keçirmək;Ehtiyac olduqda ABAP, ABAP Objects, CDS Views, OData xidmətləri, BAdI və SAP Fiori backend komponentləri üzrə inkişaf işləri aparmaq;Vendor tərəfindən hazırlanan kodu nəzərdən keçirmək, aşkar olunan çatışmazlıqlar üzrə rəy bildirmək və texniki qəbul üçün tövsiyələr təqdim etmək;Kodun performans, təhlükəsizlik və inkişaf standartlarına uyğunluğunu qiymətləndirmək, çatışmazlıqların aradan qaldırılmasını izləmək;SAP S/4HANA-nın digər SAP həlləri və xarici sistemlərlə inteqrasiyası üzrə texniki dizaynı nəzərdən keçirmək; API, OData, IDoc, RFC və SAP Integration Suite vasitəsilə qurulan interfeyslərin hazırlanması, test edilməsi və yaranan xətaların aradan qaldırılmasında iştirak etmək;Unit Test və inteqrasiya testlərində iştirak etmək, UAT zamanı yaranan texniki məsələlərin həllinə dəstək vermək;İnkişaf işləri üzrə tapşırıqları, dəyişiklik sorğularını, texniki riskləri və asılılıqları izləmək; layihə rəhbərliyinə müvafiq status məlumatları təqdim etmək;Vendor tərəfindən bilik ötürülməsində iştirak etmək, mənbə kodunun və texniki sənədlərin ADY-yə tam təhvil verilməsini izləmək;Texniki sənədləşməni, inkişaf standartlarını və hazırlanmış obyektlərin reyestrini aktual saxlamaq;Cutover, Go-Live və Hypercare mərhələlərində, eləcə də Go-Live sonrasında insidentlər və dəyişiklik sorğuları üzrə ABAP dəstəyi göstərmək. Tələblər: İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;SAP ABAP proqramlaşdırması üzrə minimum 2 il praktiki təcrübə; Xarici dil (ingilis/rus dili) biliklərini üstünlükdür;SAP S/4HANA tətbiqi və ya transformasiyası layihəsində, müştəri tərəfində və ya SAP konsaltinq iş təcrübəsi üstünlükdür;ABAP, ABAP Objects, WRICEF, CDS Views, OData, BAdI/Enhancements, Smart Forms və ya Adobe Forms, IDoc, RFC, Web Services və SAP Fiori backend komponentləri;texniki spesifikasiyaların hazırlanması, code review, debugging, performansın optimallaşdırılması, transport management və inteqrasiya həlləri;SAP Clean Core və extensibility yanaşmaları, ABAP Cloud, RAP, SAP BTP Extension Suite, SAP Integration Suite və SAPUI5;SAP ABAP, SAP S/4HANA Development, SAP BTP və ya əlaqəli SAP sertifikatları üstünlükdür; Vakansiya növü: Tam ştat Şirkət: Azərbaycan Dəmir Yolları Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-sap-abap-proqramlasdirilmasi-uzre-aparici-mutexessis-18152785/apply

Bənzər elanlar