Prayk
Satış meneceri — Satış
500 ₼

Satış meneceri

Analiz edilibBu gün
Kateqoriya
Satış
Tarix
Nömrə
№3432374

Təsvir

CRM Construction MMC komandasına Satış meneceri axtarılır. İş şərtləri Əmək haqqı: 500 AZN net Bonus: Satış nəticələrinə əsasən əlavə bonus sistemi İş qrafiki: 6 günlük Bazar ertəsi – Cümə: 11:00–20:00 Şənbə: 11:00–16:00 Bazar: İstirahət günü İş yeri: Bakı (Bakmil metrosunun yanı, Azera Plaza) Vəzifə öhdəlikləri Yeni müştərilərin axtarılması və cəlb edilməsi; Gələn müştəri müraciətlərinin telefon, WhatsApp və digər kanallar vasitəsilə cavablandırılması; Potensial müştərilərlə ilkin danışıqların aparılması; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təqdim edilməsi; Tikinti, ev tikintisi və təmir xidmətlərinin müştərilərə təqdim olunması; Müştərilərlə görüşlərin təşkili və keçirilməsi; Qiymət təkliflərinin müştərilərə təqdim edilməsi; Satış prosesinin başlanğıcdan müqavilənin bağlanmasına qədər izlənilməsi; Mövcud və potensial müştərilərlə mütəmadi əlaqənin saxlanılması; Müştəri məlumatlarının CRM sisteminə düzgün daxil edilməsi və yenilənməsi; Aylıq satış hədəflərinin yerinə yetirilməsi; Rəhbərliyə satış nəticələri və görülən işlər barədə hesabatların təqdim edilməsi. Əlavə vəzifələr Satış meneceri əsas satış fəaliyyətindən əlavə olaraq: Ofisə gələn müştərilərin qarşılanmasına; Görüşlər zamanı qonaqlara çay və kofe servis edilməsinə; Direktora çay servis etmək; Ofisdə qonaqlar üçün ümumi xidmət və səliqəni təmin etməlidir Namizədə tələblər Xanım namizəd Rus dilini əla səviyyədə bilməli – sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; Azərbaycan dilini səlis bilməli; Güclü kommunikasiya və müştəri ilə ünsiyyət bacarığı; Satış və müştəriyönümlü yanaşma; Danışıqlar aparmaq və satış bağlamaq bacarığı; Aktiv, məsuliyyətli və intizamlı olmaq; Komanda ilə işləmək bacarığı; Kompüterdən və ofis proqramlarından istifadə bacarığı; CRM sistemlərində işləmək bacarığı üstünlükdür; Tikinti və təmir sahəsində təcrübənin olması üstünlükdür; Satış sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır. Biz nə təklif edirik? 500 AZN net sabit əmək haqqı; Satış nəticələrinə uyğun əlavə bonus; Sabit və uzunmüddətli iş imkanı; Peşəkar inkişaf və satış sahəsində təcrübə qazanmaq imkanı; İşgüzar və aktiv komanda mühiti. Əgər satış bacarığınız güclüdürsə, insanlarla rahat ünsiyyət qurursunuzsa və nəticəyə fokuslanmısınızsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Maaş: 500 AZN Son müraciət tarixi: 29.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© CRM Construction jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.