Prayk
Satış meneceri — Satış
Razılaşma yolu ilə

Satış meneceri

YoxlanılıbBu gün
Kateqoriya
Satış
Tarix
Nömrə
№3544127

Təsvir

AloPrint komandamıza satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq. Əgər müştəri bazası formalaşdırmaq, yeni müştərilər cəlb etmək və satış nəticələrini artırmaq sahəsində bacarıqlarınıza güvənirsinizsə, sizi komandamıza dəvət edirik. Vəzifə öhdəlikləri: Yeni müştərilərin axtarışı və cəlb edilməsi; Mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və satışların artırılması; Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsul və xidmətlərin təqdim edilməsi; Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Telefon, WhatsApp, e-mail və digər kanallar vasitəsilə aktiv satışların həyata keçirilməsi; Görüşlərin təşkili və müştəri danışıqlarının aparılması; Satış prosesinin sifarişin tamamlanmasına qədər izlənilməsi; Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin hesabatının aparılması. Namizədə tələblər: Mətbəə, promo məhsullar, reklam və ya çap sahəsində satış üzrə iş təcrübəsi — MÜTLƏQDİR; Satış sahəsində minimum 2 il iş təcrübəsi; B2B satış və korporativ müştərilərlə işləmə bacarığı; Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; Yeni müştərilər tapmaq və aktiv satış həyata keçirmək bacarığı; Nəticəyönümlü və məsuliyyətli yanaşma; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; MS Office proqramları ilə işləmək bacarığı. İş şəraiti İş yeri: Bakı, Babək pr. 64 İş qrafiki: Tam iş günü ( I - V) Əmək Haqqı – Müsahibə əsasında Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 01.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Aloprint jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.