Prayk

Satış üzrə koordinator (Satışa dəstək üzrə mütəxəssis)

Razılaşma yolu ilə
YoxlanılıbDünən
Kateqoriya
Satış
Tarix
Nömrə
№3510896

Təsvir

Struktur bölmə: Korporativ satış şöbəsi Birbaşa tabeçilik: Şöbə müdiri Funksional tabeçilik: Baş mütəxəssis (Müştərilərlə iş üzrə menecer) Vəzifə öhdəlikləri: Satış proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak edir, proseslərin fasiləsiz və effektiv icrasına dəstək göstərir. Satış üzrə Baş Mütəxəssisin gündəlik fəaliyyətinin təşkilinə dəstək verir (görüş cədvəllərinin idarə olunması, tapşırıqların izlənməsi və s.). Korporativ müştərilərlə görüşləri təşkil edir, görüşlərdə iştirak edir, müzakirələri qeydə alır və görüş protokollarını hazırlayır. Kommersiya təkliflərinin, təqdimat materiallarının hazırlanmasına dəstək göstərir. Müştəri tələblərini toplayaraq tələbin strukturlaşdırılması və ilkin analitik təhlilində iştirak edir. İş yükünü effektiv idarə edir, gündəlik və həftəlik prioritetlərin müəyyənləşdirilməsinə riayət edir. Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində satış proseslərinə dəstək verir. Əməliyyat proseslərində yaranan problemlərin həllində iştirak edir və verilmiş tapşırıqların icrasını təmin edir. Satış əməliyyatlarının icrası zamanı Müştəri Münasibətlərinin İdarə Olunması (MMİO/CRM) və digər proqram təminatlarından istifadə olunur. CRM sisteminə məlumatların daxil edilməsi və məlumatların mütəmadi olaraq yenilənməsinin təmin edir. Satış alətlərinin tətbiqində iştirak edir və onların effektiv istifadəsinə dəstək göstərir. Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak edir və təqdim olunmasına dəstək verir. Xidmət zərurəti yarandıqda ezamiyyətlərə getməyə açıq olur və ezamiyyət çərçivəsində verilən tapşırıqları icra edir. Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim və seminarlarda iştirak edir, əldə etdiyi bilikləri iş prosesində tətbiq edir. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Ali təhsil (İqtisadiyyat, Maliyyə, İT və ya oxşar sahələr üzrə). Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır. Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür. MS Office proqramları ilə sərbəst işləmə bacarığı. CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə işləmə bacarığı (təlim keçirilir). İnformasiya texnologiyaları və rəqəmsallaşmaya marağının yüksək olması zəruridir. Ünsiyyətcil, yüksək danışıq və təqdimat bacarığı. Tapşırıqları düzgün prioritetləşdirmə və problem həll etmə bacarığı. Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü : Tam ştat İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 30.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Bakinity Distribution MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.