
Satış üzrə mütəxəssis

Razılaşma yolu ilə
Satış üzrə mütəxəssis
YoxlanılıbBu gün
Təsvir
İş haqqında məlumat:
Satış üzrə mütəxəssis şirkətin istehsal etdiyi məhsulların satışında iştirak edir, təyin olunmuş ərazi və bazar seqmentində cari və potensial müştərilərlə əlaqələrin qurulması, inkişaf etdirilməsi və saxlanılmasını təmin edir.Vəzifə müştərilərlə görüş və təqdimatların təşkili, kommersiya təkliflərinin və satışla bağlı sənədlərin hazırlanması, bazar imkanlarının təhlili, müştəri müraciətlərinin operativ həlli və aidiyyəti struktur bölmələrlə satış fəaliyyətinin koordinasiyasını əhatə edir.
Əsas vəzifə öhdəlikləri:İstehsal edilən məhsullar haqqında müştərilərdə marağın formalaşdırılmasını təşkil etmək.Şirkətin istehsal etdiyi məhsulların birbaşa satışında (o cümlədən HoReca və korporativ müştərilərlə təmaslarda) iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtında çatdırılmasını təmin etmək.Satış zamanı müqavilələrin və digər müvafiq sənədlərin hazırlanmasını təşkil etmək və prosesə nəzarət etmək.Təyin olunmuş ərazi və bazar seqmenti daxilində cari və potensial müştərilərlə əlaqələr qurmaq, onları inkişaf etdirmək və saxlamaq.Cari və potensial müştərilərlə telefon danışıqları, üzbəüz görüşlər və təqdimatlar təşkil etmək.Potensial müştəri mənbələrini araşdırmaq və onların satış potensialını müəyyən etmək.Cari və potensial müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq.Müştərilərin problem və şikayətlərinin operativ həllinə dəstək göstərmək.Marketinq, mühasibat, logistika və texniki dəstək qrupları ilə satış fəaliyyətini əlaqələndirmək.Ərazi və bazar imkanlarını təhlil etmək, cari və potensial müştərilərin şirkət üçün dəyərini qiymətləndirmək.Şirkətin məhsul və xidmətlərinin faydalarını müəyyənləşdirmək və müqayisəli təhlil aparmaq.
Tələblər:
Ali təhsilKorporativ satışlar, HoReca və müvafiq satış sahələrində 2 il iş təcrübəsi.Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək.Müvafiq sahə üzrə sertifikat üstünlükdür.Tekstil məhsulları haqqında bilik və satış təcrübəsinə malik olmaq üstünlükdürEtibarlı sürücülük vəsiqəsinə və peşəkar avtomobil idarəetmə bacarığına malik olmaq üstünlükdür.Tələb olunan bacarıqlar:Diqqətlilik və məsuliyyətlilik.Müştərilərlə əlaqələrin qurulması və davamlı şəkildə idarə olunması bacarığı.Telefon danışıqları, üzbəüz görüşlər və təqdimatların təşkili bacarığı.Yazılı kommersiya təkliflərinin hazırlanması bacarığı.Bazar və potensial müştəri mənbələrinin araşdırılması və təhlili bacarığı.Digər struktur bölmələrlə koordinasiyalı işləmək bacarığı.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 16/10/2026
Bənzər elanlar















Razılaşma yolu ilə
(Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis / mütəxəssis
BakıDünən 18:40
