Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Mebel üzrə)

Razılaşma yolu ilə
Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Mebel üzrə)
YoxlanılıbDünən
Təsvir
Vəzifə öhdəlikləri:Sistem üzrə daxil olan sifarişlərin analizi, eləcə də kateqoriya, ərazi və icra tarixləri üzrə bölgülərin aparılması;Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması;Texniklərin, ustaların gündəlik olaraq ərazilər üzrə təyin olunması, həmçinin, işlərin kənar xidmət göstərən ustalara, briqadalara bölgü edilməsi;Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi, zərurət yarandıqda müştərilərlə əlaqənin qurulması, məlumatların təqdim olunması;Çatışmayan məlumatların daxil edilməsi üçün aidiyyəti üzrə yönləndirilməsi;Təhvil verilmiş və icra olunmamış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması, sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi;Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında sifarişlərə aid sənədlərin və məlumatların təqdim olunması;Məhsul, avadanlıq və ehtiyat hissələrinin vaxtı-vaxtında sifarişi və qalığa nəzarət edilməsi, xammal ehtiyacının təhlili və müvafiq sifarişlərin formalaşdırılması;Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli və aidiyyəti üzrə yönləndirilməsi, işlə bağlı yazışmaların aparılması;Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət eyni zamanda nəqliyyat vasitələr üçün lazımi sənədlərin ( etibarnamə, yol vərəqəsi və s.) hazırlanması üçün müraciətlərin göndərilməsi;Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, hesabatların hazırlanlanıb, təqdim olunması.
Tələblər:
Tələblər:Ali təhsil(İqtisadi, İdarəetmə, texniki sahələr üzrə arzu olunandır);Səlis azərbaycan dili, rus dili biliyi arzuolunandır;Müvafiq sahədə minimum 1 il təcrübəsi;Xidmət ərazilərini yaxşı tanıması;MS Office proqramlarında sərbəst işləmə bacarığı;Riyazi və məntiqi biliklər;Analitik düşüncə, təhliletmə qabiliyyəti;Punktuallıq və detallara diqqət etmə bacarığı;Problem həll etmə bacarığı;Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq;Sərbəst qərar verə bilmə bacarığı;Komandada işləmək bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: Kontakt Home
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-sifarislerin-bolgusu-uzre-mutexessis-mebel-uzre-627/apply
