Müəssisə: Qəbələ Konserv Zavodu MMC
İş yeri: Qəbələ şəhəri
İşin təsviri:
Zavodda mövcud olan bütün maşın, avadanlıq, dəzgah və qurğuların texniki pasportlarının və ehtiyat hissələrinin uçotunu və təminatını həyata keçirmək;
Xaricdən satın alınan avadanlıq və ehtiyat hissələrinin qəbul, yoxlama və texniki uyğunluq proseslərində iştirak etmək;Avadanlıqların istismar müddətlərini nəzərə alaraq ehtiyat hissələr üçün minimum anbar qalıqlarını müəyyən etmək, stok səviyyələrinə nəzarət etmək və zərurət yarandıqda sifarişlərin verilməsini təmin etmək;
Zavod üçün alınan dizel yanacağının keyfiyyətinə və qəbul prosesinin düzgün aparılmasına nəzarət etmək;
Müəssisənin texniki siyasətinin formalaşdırılmasında iştirak etmək, texniki inkişaf, modernizasiya və rekonstruksiya istiqamətlərini müəyyənləşdirmək;İstehsal prosesinin texniki hazırlıq səviyyəsini yüksəltmək, məhsul keyfiyyətinin və etibarlılığının artırılması, maliyyə, material və əmək itkilərinin azaldılması istiqamətində tədbirlər həyata keçirmək;
İstehsal fondlarının və resursların səmərəli istifadəsini təmin etmək, yeni texnologiyaların tətbiqi, texniki-təşkilati tədbirlər, elmi-tədqiqat və rekonstruksiya layihələrinin hazırlanması və icrasına rəhbərlik etmək;
Elmi-texniki yeniliklərin, sınaqların və təkmilləşdirmə təşəbbüslərinin istehsalatda tətbiqini təşkil etmək, işçilərin innovativ təşəbbüslərini dəstəkləmək;
İstehsal olunan məhsulların təhlükəsizliyinə nəzarət etmək və bu sahədə müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.
Tələblər:
Təhsil – Ali təhsil
Texniki və ya istehsalat sahəsində minimum 13-15 il, rəhbər vəzifədə isə minimum 5 il iş təcrübəsi
Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür
MS Office proqramları və 1C ERP sistemləri ilə işləmək bacarığı;
Sahə üzrə beynəlxalq standartlar və yerli qanunvericilik tələbləri barədə biliklər
Güclü analitik düşünmə və strateji planlaşdırma bacarığı
Komandanın effektiv idarə edilməsi və liderlik bacarıqları
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00 – 18:00;
Könüllü tibbi sığorta;
Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Texniki şöbənin rəhbəri - QKZ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 09.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/novex-group-texniki-sobenin-rehberi-150726