
Vergi mühasibi

Razılaşma yolu ilə
Vergi mühasibi
YoxlanılıbBu gün
Tarix
Nömrə№3371507
Təsvir
Vəzifə öhdəlikləri:
Müvafiq qanunvericiliyin və şirkətin daxili siyasətlərinin tələblərinə uyğun olaraq mühasibat uçotunun düzgün və tam aparılmasını təmin etmək;
Bank, kassa və digər maliyyə əməliyyatlarının uçotunu aparmaq və onlara nəzarət etmək;
Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər mühasibat sənədlərini hazırlamaq və yoxlamaq;
Debitor və kreditor borclarının uçotunu aparmaq;
Vergi bəyannamələrini və dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatları hazırlamaq;
Əmək haqqının, məzuniyyət ödənişlərinin, ezamiyyə xərclərinin və işçilərlə bağlı digər ödənişlərin hesablanmasını həyata keçirmək;
Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və inventarın mühasibat uçotunu aparmaq;
İdxal və ixrac əməliyyatlarını uçota almaq və malların/xidmətlərin maya dəyərini hesablamaq;
Maliyyə hesabatlarının (Balans Hesabatı, Mənfəət və Zərər Hesabatı) hazırlanmasında iştirak etmək;
Vergi orqanlarının və digər dövlət qurumlarının sorğularını cavablandırmaq, müvafiq yazışmaları aparmaq;
ERP sistemləri, 1C və dövlət elektron portallarında mühasibat əməliyyatlarını həyata keçirmək;
Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə ilə bağlı tapşırıqları yerinə yetirmək.
Tələblər:
Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili;
Mühasibat sahəsində minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
1C 8.3, ERP sistemləri və Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
ACCA imtahanlarının mövcudluğu üstünlük hesab olunur;
Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət, dürüstlük və işləri səmərəli şəkildə icra etmək bacarığı;
Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
Tikinti sahəsində iş təcrübəsi əlavə üstünlük hesab olunur.
İş şəraiti:
İş qrafiki: 09:00-18:00
İstirahət günləri: Şənbə və bazar
Ünvan: Ağ şəhər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 28.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-vergi-muhasibi-152353
Bənzər elanlar



Razılaşma yolu ilə
Pərakəndə Kredit Məhsullarının İdarəedilməsi üzrə Mütəxəssis/aparıcı/baş mütəxəssis – Məhsul İdarəetməsi Departamenti
BakıBu gün 12:16












